Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəvələri Əli Ağalarov və Mikayıl Ağlarovu təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin nəvələri “instagram” hesablarında paylaşım ediblər.
İlham Əliyev onlara noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştiraka görə təşəkkürnamə təqdim edib.
Mikayıl Ağalarov paylaşımına “COP29-da könüllü olduğum üçün fəxr edirəm” açıqlamasını yazıb. Əli Ağalarov isə “Cop 29-da iştirak yaxşı təcrübə idi” deyə qeyd edib.


Bizim.Media