ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə münasibətini bildirib.
Bizim.Media xəbər verir ki, A.Linde bu barədə öz tvitter səhifəsində yazıb.
ATƏT sədri baş verənlərdən narahatlığını ifadə edib:
“Həll edilməmiş məsələlər sülh yolu ilə danışıqlar vasitəsilə həll olunmalıdır. ATƏT dialoq üçün əlverişli mühit yaratmaq məqsədilə yardımçı olmağa və onları həyata keçirməyə hazırdır”, – ATƏT sədri qeyd edib.
Bizim.Media