Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.
 

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.


İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrin əhəmiyyətini qeyd edib. Təhsil, səhiyyə, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və mədəniyyət sahələrində layihələrin, habelə təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.

Prezident Ruto ölkəmizin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini qeyd edib. Azərbaycan və Keniya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edib.

İqlim fəaliyyəti, enerji, ticarət və sərmayələr, turizm, təhsil və digər sahələr daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək və tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu bildirib. Dövlət səviyyəsində, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən təhsil, mədəniyyət, səhiyyə və bu kimi humanitar sahələrdəki layihələrin əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Keniya Respublikasının Prezidenti Uilyam Samoei Rutoya ölkəmizə səfərə dəvət məktubu təqdim edilib. Prezident Ruto dəvətə görə təşəkkür edib, məmnuniyyətlə qəbul etdiyini bildirib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

End of content

No more pages to load

RADİO