İlham Əliyev Azərbaycanı geosiyasi qarşıdurmalardan qoruyur! — TƏHLİL

Qərbin Azərbaycanda milli hakimiyyətə qarşı təzyiz rıçaqları yaratmaq və öz maraqlarını təmin etmək məqsədilə şəbəkə formalaşdırdığı sirr deyil. Bu plan hələ 90-cı illərin sonlarından başlayaraq, tətbiq edilməyə başlandı. 2003-cü il iğtişaşları planda ilk mərhələlərdən biri idi.

Lakin nəticə əldə edə bilmədilər, çünki xalq öz Prezidentini – İlham Əliyevi seçdi və arxasında sona qədər dayandı.

Qərbdə anti-Azərbaycan dairələri isə bu reallıqla heç vaxt barışmaq istəməyiblər. 2003-cü il hadisələrindən sonra anti-milli dairələr gah narıncıya büründü, gah “ərəb baharın”dan feyz aldı.

Hərçənd ki, heç bir qüvvə xalq-iqtidar birliyini poza bilmədi. Nəticə əldə edə bilmədiyini anlayan Qərb dairələri 2013-cü ildə isə taktiki dəyişiklik edərək, gəncləri öz iğtişaş planlarına daxil etməyə cəhd göstərdilər. Bakıda planlaşdırılan və 2 milyon dollar vəsaitin ayrıldığı “facebook inqilabı” belə cəhdlərdən biri idi. Buna paralel olaraq, qeyri-ənənəvi fəaliyyətlər – feminizmin, LGBT hüquqlarının dəstəklənməsi, gəncləri anti-milli ruha cəlb etmək cəhdləri başlandı.

Burada əsas diqqətçəkən məqamlardan biri Qərbin Azərbaycandakı şəbəkəsinin tərkibinin genişləndirilməsi idi. Əvvəllər daha çox ənənəvi müxalifətlə işləyən Qərb dairələri şəbəkəyə media və QHT sektorundan qruplar daxil etməyə başladılar. Media və təşkilatların prosesə daxil etməkdə məqsədlərdən biri də Azərbaycandakı şəbəkənin maliyyələşdirilməsini təmin etmək idi. Xüsusilə media və QHT layihələri ilə pullar ölkəyə gətirilir və birbaşa Qərb dairələrinin siyasi məqsədlərinə xərclənirdi. Azərbaycan dövləti bu qeyri-qanuni fəaliyyətin qarşısını almaq üçün xarici qrantlarla bağlı qanunu sərtləşdirəndən sonra Qərb dairələri öz şəbəkələrini “bəsləmək” üçün qaçaqmalçılıq yolundan istifadə etməyə başladı. Ayrılan vəsaitlər Gürcüstana gətirilir, yaxud Gürcüstan banklarına köçürülür, Azərbaycandakı şəbəkənin üzvləri Tbilisiyə gedərək, pulu götürür və qeyri-qanuni şəkildə ölkəyə gətirirlər. “Abzas Media”, “Toplum TV” və son olaraq, “Meydan TV” işi bu faktları ortaya çıxardı.

Bu media orqanlarının iki əsas missiyası olub: həm Qərb dairələrinin sifarişləri əsasında Azərbaycanın milli maraqlarının əleyhinə informasiya müharibəsi aparır, həm də onların adına ayrılan vəsaitləri ölkəyə gətirərək, anti-milli şəbəkəyə paylayırdılar.

Dövlət bu prosesin qarşısını böyük ölçüdə aldı, hərçənd ki, “Meydan TV” işi göstərdi ki, yenə də eyni şəbəkə eyni yollardan və vasitələrdən istifadə cəhdinə son qoymayıb.

Qərbin əsas məqsədi təzyiq kampaniya ilə Azərbaycanı vassal dövlətə çevirmək olub.

Bu məqsədlə daxildə yaradılan anti-milli şəbəkə qanunsuz yollarla maliyyələşdirilib və konkret tapşırıqlar əsasında işləyiblər. Lakin indiyə qədər edilən bütün cəhdlər nəticə vermədi. Azərbaycanda vassal dövlət planı baş tutmadı. Çünki Azərbaycan xalqı Prezidentə tam dəstək verir və ətrafda baş verən hadisələri görür.

Azərbaycan xalqı müdrikdir. Qonşu Gürcüstan onilliklərdir Qərb planlarından əziyyət çəkir. Qərb faktiki olaraq, Gürcüstanı vassal dövlətə çevirməyə çalışırdı. Son seçkilərdə gürcü xalqı bu plana yox dediyi üçün Tbilisi küçələrində iğtişaşlar baş verdi. Ukrayna müharibəsi isə Qərb dairələrinin gerçək məqsədini əyani şəkildə ortaya çıxardı.

Prezident İlham Əliyev Azərbaycanı məhz bu kimi planlardan qoruduğu, geosiyasi müharibə meydanına çevirməsinə imkan vermədiyi üçün Qərb dairələri tərəfindən təzyiq kampaniyası ilə üzləşir. Lakin Azərbaycan dövləti də, xalqı da hər şeyi yaxşı görür. İndiyə qədər Azərbaycanı geosiyasi qarşıdurma meydanına çevirmək cəhdləri baş tutmadığı kimi, bundan sonra da baş tutmayacaq. Buna Prezidenti İlham Əliyev və onu sona qədər dəstəkləyən Azərbaycan xalqı imkan verməyəcək!

Vasif Həsənli (“Demokrat.az” xəbər portalının rəhbəri)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

End of content

No more pages to load

RADİO