İşğalçı ordunu “sülhməramlı”ya çevirmək PLANI – Makron erməniləri Ukraynada revanşa hazırlamaq İSTƏYİR

Məlum olduğu kimi, son dövrlərdə Rusiya-Ukrayna münaqişəsində sülh üçün müxtəlif ssenarilər irəli sürülür. Həmin variantlardan biri də Ukraynada sülhməramlı missiyanın yerləşdirilməsidir. Sözügedən təklif Fransa Prezidenti Emmanuel Makron tərəfindən daha çox səsləndirilir. Makron hətta dekabrın 12-də Polşaya səfəri çərçivəsində bununla bağlı müzakirələr də aparıb.

Sülhməramlıların tərkibi kimlərdən ibarət olacaq?

Bununla bağlı müxtəlif iddialar səsləndirilsə də, ən çox müzakirə olunan variant sülhməramlıların müxtəlif dövlətləri təmsil edən qüvvələrdən ibarət olmasıdır. Bu siyahıda NATO, Çin, Hindistan və Körfəz ölkələrinin adı hallandırılsa da, digər dövlətlərin də sülhməramlı missiyaya qatılması ilə bağlı təkliflər mövcuddur.

Sözügedən məsələ ilə bağlı ukraynalı jurnalist Dimitri Qordonun fikirləri isə daha çox təəccüb doğurub. Qordon NATO-nun 170 min əsgərdən ibarət hərbi kontingentinin Ukraynaya daxil olacağını qeyd edib. Üstəlik, onların tərkibində bir neçə min nəfər erməni hərbçinin olacağını da bildirib. Qordonun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski Avropa dövlətlərinin liderləri ilə mühüm görüş keçirəcək, onlarla Şimali Atlantika Alyansı qoşunlarının Ukrayna ərazisinə daxil olması prosesi müzakirə olunacaq.

Erməni və sülhməramlı?!

Əvvəla onu qeyd edək ki, Ermənistan kimi işğalçı bir dövlətin hərbçilərinin dünyanın hər hansı yerində sülhməramlı kimi fəaliyyət göstərməsi tragikomik görünür. Üstəlik, Ermənistan Ukrayna ilə müharibə şəraitində olan Rusiyanın öndərlik etdiyi KTMT-də təmsil olunur. Buna baxmayaraq, Ermənistanın təşkilatda fəaliyyətini faktiki olaraq dondurması və tamamilə Qərbə yönəlməsi fonunda Qordonun fikirləri heç də təəccüblü qarşılanmamalıdır.

Digər tərəfdən, “sülhməramlı göndərmək” təklifinin Makrondan gəldiyini nəzərə alsaq, Fransa liderinin “əziz qardaşı” Ermənistanı da Ukraynaya “dəvət etməsi” ehtimalı böyükdür. Dimitri Qordon da açıqlamasında Makronun artıq sözügedən mövzuda Paşinyana müraciət etdiyini bildirib.

Ermənistan hərbçilərindən “sülhməramlı” yaratmaq planı nəyə hesablanıb?

Planın müəllifinin Makron olduğunu nəzərə aldıqda, məqsədin sülh olmadığını görmək elə də çətin deyil. Çünki Fransa Ukrayna məsələsində ən böyük ikiüzlülüyü nümayiş etdirən ölkədir. Belə ki, Makron rejimi bir tərəfdən Rusiyaya qarşı sanksiyalar, Ukraynaya ordu göndərmək nağılları danışsa da, Rusiya qazının əsas alıcılarından biridir. Digər tərəfdən, Fransanın Ermənistanı mütəmadi silahlandırması və müharibəyə təhrik etməsi də göz önündədir.

Bu faktorları nəzərə alsaq, deyə bilərik ki, Ermənistanın Ukraynaya missiya göndərməsi gələcəkdə Azərbaycana qarşı revanş almaq üçün Ermənistan ordusunun təcrübəsinin artırılması məqsədi daşıyır. Yəni Fransa sülhməramlı adı altında erməni hərbçilərə Ukrayna meydanında təlimlər keçməklə, onları Azərbaycana qarşı növbəti təxribatlara hazırlamaq niyyətindədir.

Azərbaycanın cavabı nə olacaq?

Azərbaycan Ermənistanın Qərb və Hindistandan sürətlə hücum silahları ilə silahlanması məsələsinə görə dəfələrlə xəbərdarlığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində qeyd edib ki, ermənilər Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməzlər:

“Baxmayaraq ki, Qərbdən aldıqları silahların böyük hissəsini pulsuz və ya kreditlə əldə edirlər, bu kreditin də sonradan silinəcəyi açıqdır. Amma hətta bu halda da, onlar bizimlə bu yarışa tab gətirə bilməzlər.

İkinci Qarabağ müharibəsinin nəticələri və 2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirləri onların yadından çıxmamalıdır. Eyni zamanda, onlar anlamalıdırlar ki, Makron rejiminin və ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, bizə qarşı yeni bir təxribat planlaşdırarlarsa, heç kim onlara kömək edə bilməyəcək”.

Bu açıqlamadan da göründüyü ki, Azərbaycan Ermənistan və havadarlarının təxribatlarına hazırdır və bu baş verərsə, öz təhlükəsizlik tədbirlərini həyata keçirəcək

Ermənistan regionda dayanıqlı sülh istəyirsə...

Bunun üçün atılmalı olan addımlar çox sadədir. Ermənistan ilk növbədə silahlanmanı dayandırmalı, Fransa və Hindistan kimi ölkələrdən aldığı hücum silahlarını sərhədimizdən uzaq saxlamalıdır. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Belə bir ölkənin isə əsas qanunvericilik aktına istinad edərək, növbəti təxribatlara əl atması ehtimalı böyükdür.

Əgər Ermənistan sözügedən addımları atmasa, şərti sərhədə yaxın hücum tipli silahlar Azərbaycan ordusu üçün legitim hədəf sayıla bilər.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO