İlham Əliyevə təbrik məktubları gəlməyə davam edir – YENİLƏNİB

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.  

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

“Hörmətli İlham Heydər oğlu. 

Doğum gününüz mübarək! Xahiş edirəm, bu münasibətlə ən səmimi təbriklərimi qəbul edin. Sizə uğurlar, tükənməz güc və enerji, nikbinlik, yeni zirvələr fəth etməyinizi arzulayıram.  “Komsomolskaya Pravda” ilə dostluğa və əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm. Sizə və yaxınlarınıza xoşbəxtlik, cansağlığı və firavanlıq diləyirəm”. 

*** 

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.  

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

“Möhtərəm cənab Prezident. 

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, hədsiz sevinc, bütün planlarınızın həyata keçməsini, ən əsası, Uca Allahın xeyir-duasını arzulayıram. 

Mən Sizi təbrik etməkdən çox məmnunam. Çünki Sizi özümə çox əziz, böyük qəlbi olan və mehriban bir insan hesab edirəm. Ömrümün sonuna qədər Ulu Tanrıya Sizi hifz etməsi üçün dua edəcəyəm. 

Çünki Siz həyatınızda xüsusi bir missiyanı - şanlı valideynləriniz Heydər Əliyevin və Zərifə xanım Əliyevanın işlərini davam etdirərək zəmanəmizin böyük siyasi xadiminin, müdrik dövlət rəhbərinin missiyasını yerinə yetirirsiniz. 

Zati-aliləri, qoy, bu gözəl gündə Günəş üzünüzə gülsün, ailənizin və dostlarınızın səmimi təbriklərindən və arzularından qəlbiniz şad olsun! Bu gündə ən ümdə arzularınızın gerçəkləşməsini diləyirəm. 

Möhtərəm cənab Prezident. 

Ölkənizə - mənə çox əziz olan Azərbaycana tərəqqi və sülh, xalqınıza firavanlıq arzulayıram”. 

***

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

"Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. 

Sizin dostluq, tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfənizi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş qərarların icrası üçün iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, müxtəlif istiqamətlərdə birgə nəhəng layihələrin həyata keçirilməsi məqsədilə böyük işlər görülür. 

Əminəm ki, praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir. 

Sizinlə 2024-cü il noyabrın 13-də keçirilmiş görüşümüzü məmnunluqla xatırlayıram. Açıq və konstruktiv ünsiyyətimizi davam etdirməkdən şad olacağam. 

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram". 

*** 

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrikdə deyilir: 

“Hörmətli İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Siz quruculuq fəaliyyətində, iqtisadi, sosial və mədəni inkişaf istiqamətində heyrətamiz uğurlar qazanmış Azərbaycan Respublikasının mənafeyini 20 ildən artıqdır ki, inamla müdafiə edirsiniz. Sizin yüksək siyasi nüfuzunuz və həyata keçirdiyiniz kursa ümumxalq dəstəyi ölkənin bir çox sahələrdə lider mövqelərinin möhkəmlənməsinə təminat verir. 

Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluq və qarşılıqlı hörmət əlaqələrinə əsaslanan dostluq, əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə genişlənəcək və dərinləşəcəkdir. 

Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2025-ci ildə Sizə möhkəm cansağlığı, firavanlıq və məsuliyyətli işinizdə uğurlar arzulayıram”. 

*** 

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb: 

"Hörmətli İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı qəbul edin. Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılan böyük uğurlar, ölkənin iqtisadi inkişafında, dünya arenasında nüfuzunun möhkəmlənməsində mühüm nailiyyətlər Sizin adınızla ayrılmaz surətdə bağlıdır. 

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram". 

*** 

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevi təbrik edib. 

"Möhtərəm İlham Heydər oğlu. 

Sizə olan ən yüksək ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. 

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq məsələlərdə mühüm rol oynayır, dünya arenasında haqlı olaraq yüksək nüfuza malikdir. 

Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əlaqələrin möhkəmləndirilməsində və təkmilləşdirilməsində göstərdiyiniz hərtərəfli köməyə görə Sizə minnətdarlığımı bildirirəm. 

Əminəm ki, qurulmuş konstruktiv dialoq bundan sonra da ikitərəfli əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəkdir. 

Möhtərəm İlham Heydər oğlu, Sizin üçün bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə bütün planlarınızın və təşəbbüslərinizin uğurla həyata keçməsini arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO