Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür

Düz 103 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. 

Bizim.Media xəbər verir ki, 1917-ci ilin fevral ayında Rusiyada çarizm devrildi.

Müvəqqəti hökumət quruldu. Oktyabr ayında bolşeviklərin hakimiyyətə çevriliş yolu ilə gəlməsi və müharibədən çıxdığını elan etməsi tamamilə yeni bir şərait yaratdı. 
 

1918-ci ilin fevralında Tiflisdə Transqafqaz Seyminin (parlamenti) əsası qoyuldu. Seymdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelində seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.


Almaniyaya arxalanan gürcülər mayın 26-da Seymdən çıxaraq dövlət müstəqilliklərini elan etdilər. Azərbaycan fraksiyası mayın 27-də toplaşaraq dövlət müstəqilliyini elan etmək qərarına gəldi. 

Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarda iştirak edən M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında altı bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi.

Azərbaycanlıların tarixi torpaqlarında ermənilərin yaratdıqları Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan Milli Şurası iki xalq arasında milli sülhün yaradılması düşüncəsi ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Beləliklə, gəlmə ermənilərə Azərbaycan torpaqlarında dövlət yaradıldı.

Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı.

Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstutunun binasında) Azərbaycan parlamenti açıldı. Ümumilikdə, Parlamentin 155 iclası keçirildi. Müzakirəyə çıxarılan 270-dən çox qanun layihəsindən 230-u qəbul edildi. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi.
 

Azərbaycan Cümhuriyyəti qadınlara səsvermə hüququnu tanımaqla Qərb ölkələrinə nümunə oldu. Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi.


Bakı Dövlət Universiteti yaradıldı. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklərin hazırlanmasına başlandı. İşləməyə xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi. 

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 

Azərbaycan bir də 71 il sonra, 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində müstəqilliyinə qovuşdu. İndi daha inamlı və ZƏFƏR dolu addımlarla gələcəyə addımlayır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

End of content

No more pages to load

RADİO