Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Y.Əliyev Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Yaşar Əliyev 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındaki Daimi nümayəndəsi vəzifəsini icra edirdi.
Bizim.Media