Dəyişən REALLIQLAR – Yaxın Şərqdə Azərbaycan-Türkiyə əməkdaşlığının STRATEJİ ƏHƏMİYYƏTİ

2020-ci ildə dünyanı COVİD19 pandemiya ağuşuna alanda bundan ən çox zərər görən Çin və ABŞ oldu. O dönəmdə beynəlxalq ekspertlər birmənalı şəkildə bildirdilər ki, pandemiyadan sonra yeni dünya düzəni formalaşacaq və yeni güc mərkəzləri yaranacaq. Çünki ilk sınaqdaca supergüc hesab edilən ölkələr aciz duruma düşdü.

Hadisələrin sonrakı inkişafı bu deyilənlərin doğruluğunu təsdiqlədi. Artıq ABŞ-ı nəinki böyük dövlətlər, hətta kiçik dövlətlər eşitmir. Əksər vaxt rəsmi Vaşinqton özü deyib, özü eşidir. Bu Yaxın Şərq və Ukrayna-Rusiya münaqişəsində də bir daha sübut olundu. Dekabrın 8-də Bəşər Əsəd rejimin devrilməsi də rəsmi Vaşinqtonun iradəsindən kənar baş verdi.
 

MÖVZU İLƏ B AĞLI:

2025-ci il üçün QORXUNC PROQNOZ – Bu bölgələrdə münaqişələr ALOVLANACAQ...


Reallıqlar necə dəyişdi?

Suriya kontekstindən baxanda bölgədə əsas söz sahibi kimi Türkiyə çıxış edir. Suriyanın müvəqqəti hökuməti Türkiyə ilə münasibətlərə çox isti yanaşır. Hətta 12 illik fasilədən Suriyada Türkiyə səfirliyi öz fəaliyyətini bərpa etdi. Bundan başqa müvəqqəti hökumət axtarış-bərpa işləri üçün rəsmi Ankaraya müraciət edib. Türkiyənin bu aktivliyi fonunda ABŞ, Fransa, Rusiya və hətta Çinin fəaliyyətsizliyi daha çox diqqət çəkir. Bu da o deməkdir ki, Türkiyə beynəlxalq aktor kimi Yaxın Şərqdə əsas söz sahibidir.

Nəzərə alaq ki, dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib. Telefon danışığı zamanı Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Hər iki lider bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə vurğulayıb.

Göründüyü kimi Suriyada baş verənləri Türkiyə və Azərbaycan daha yaxından izləyir.

Digər bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyev Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bəyan edib. Bunu Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edərkən deyib

Məlumata görə, Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu qeyd edib.

İki qardaş və müttəfiq ölkənin birgə hərəkəti təbii ki, real güc deməkdir. Bu birliyin diqqət çəkən tərəfi istənilən məsələyə obyektiv və ədalətli yanaşmanın olmasıdır. Bu gün ABŞ və digər ölkələr seyrçi mövqedən çıxış edir. Amma Türkiyə və Azərbaycan artıq proseslərə qoşulub. Uzun müharibədən və despotizmdən əziyyət çəkən Suriya xalqına yardım üçün hər iki ölkə artıq iş başındadır.

Azərbaycan-Türkiyə tandem niyə bu qədər rəğbət qazanır?

Azərbaycanla-Türkiyə istənilən məsələyə korporativ prizmadan yox, ədalət və humanizm prinsiplərindən yanaşır. Fikrimizin sübutu üçün daha bir faktı yada salaq. 44 günlük müharibədən sonra ABŞ, Fransa və digər dövlətlər Cənubi Qafqaza soxulmaq və burada var olmağa çalışır. Amma bu vaxtadək Türkiyə belə bir təşəbbüsdə olmayıb.

Azərbaycan lideri "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində jurnalistin “Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac varmı?” sualına cavabında  Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına ehtiyac olmadığını bildirib.

“Xeyr, ehtiyac yoxdur. Nəzərə alsaq ki, vaxtaşırı bu barədə müəyyən media qurumlarında məlumatlar yayılır, deməliyəm ki, buna heç bir ehtiyac yoxdur. Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ilin əvvəlindən həyata keçirilməyə başlanıb. Məhz o vaxtdan başlayan bu hərbi əməkdaşlıq bu günə qədər davam edir. 

Əlbəttə, əməkdaşlıq formaları ehtiyacdan asılı olaraq dəyişir, amma deməliyəm ki, son 30 ildən çox bir müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun modernləşdirilməsində və yüksək standartlara uyğunlaşdırılmasında böyük rol oynayıb”.

Göründüyü kimi, Türkiyə heç də Qərbin dediyi kimi Cənubi Qafqazda hərbi güc kimi çıxış etmir. Amma strateji müttəfiq kimi hər zaman Türkiyə Azərbaycanın yanındadır. İki ölkənin birgə səyləri nəticəsində dünyanın bəzi bölgələrində yeni düzən formalaşır.

Maraqlıdır ki, Rusiya, İran, Çin və digər böyük dövlətlər də bu reallıqla razılaşır. Hətta ABŞ-da bu gücü etiraf edir. Məsələn, bu günlərdə ABŞ-ın seçilmiş 47-ci prezidenti Donald Tramp Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnən son hadisələrlə bağlı açıqlama verib. Ağ Evin yeni sahibi bu məsələdə Türkiyə haqqında da sözlər deyib:

"Türkiyə çox ağıllı dövlətdir. Ölkə prezidenti Ərdoğan da çox ağıllı və güclü insandır".

Tramp jurnalistlərin “Suriyadakı 900 Amerika əsgəri ilə nə edəcəksiniz?” sualını da cavablandırıb:

“Bunu həll etməyin başqa yolu olmalıdır. Bir həll yolu Türkiyədir. ABŞ bölgədə Türkiyə ilə əməkdaşlıq edə bilər”.

Türkiyənin vacib bir dövlət olduğunu vurğulayan Tramp əlavə edib:

“Prezident Ərdoğanla mən yaxşı anlaşıram. Böyük hərbi gücə malikdir. Və bu güc müharibələrdə tükənməyib. Çox güclü və effektli ordu yaradıb”.

Tramp bununla Türkiyənin gücünü və imkanlarını etiraf edib.

Son olaraq deyək ki, dekabrın 19-da Azərbaycan inkişaf etməkdə olan dövlətlərin birliyinə- D-8-ə üzv qəbul edilib. Bu faktın özü də təkcə regionda, Türk dünyasında deyil, həm də müsəlman aləmində Azərbaycanla Türkiyənin aparıcı aktora çevrildiyini sübut edir. Son nəticədə isə dünyada ortaya çıxan yeni reallıqlar da bu iki dövlətin mütləq söz sahibi olmasına işarədir.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

End of content

No more pages to load

RADİO