Tural Abbaslı: “Parlament 125 yox, ən azı 151 nəfərdən ibarət olmalıdır”

“Düşünürəm ki, mütləq qaydada yeni parlament seçkiləri keçirilməlidir. Çünki hazırkı formalaşmış parlamentə ictimai etimad qətiyyən yoxdur. Xalq tərəfindən etimad göstərilmir. Ümumiyyətlə, xalqın nəzdində bu parlamentin legitimliyi mövcud deyil. Belə bir parlamentlə isə Qarabağda qalib gəlmiş Azərbaycanın irəliləməsi mümkün deyil”

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB Tural Abbaslıya cavab verdi - “Ola bilər ki,...”


“Parlamentə boş qalan yerlərə bir ildən çoxdur ki, seçkilərin keçirilməməsi Milli Məclisin yenidən buraxılmasını, növbədənkənar seçkiləri aktuallaşdırırmı” sualına partiya sədrinin cavabında yer alan digər məqam isə ondan ibarətdir ki, parlamentin fəaliyyətini dəyərləndirmək üçün sadə müşahidə yetər:

“Özünüz də analiz etsəniz, sadə müşahidə aparsanız görərsiniz ki, bu parlament hazırkı iqtidara ancaq problem yaratmaqdan başqa bir işə yaramır. Yəni, gün ərzində bəzi deputatların istər ailə məişət, istərsə də siyasi-ictimai məsələlərdəki yanaşmaları, yanlışları, səhvlərinin altını iqtidar çəkir. Məncə, hazırkı parlament iqtidarın özü üçün də bir əlavə yükdür. Hansı ki, bu yükdən qurtulmaq lazımdır”.

Partiya sədri əlavə etdi ki, Azərbaycan parlamenti 125 yox, ən azı 151 nəfərdən ibarət olmalıdır:
 

“Və bu, majoritar yox, proporsional qaydada keçirilməlidir. Bunun üçün isə təbii ki, referendum lazımdır. Amma qısa zamanda referendum məsələsini də həll eləmək olar. Yəni, bu parlamenti buraxıb xalqın fikrini özündə əks etdirə bilən, xalq tərəfindən ən azı bundan daha çox legitimliyi olan bir yeni parlament formalaşmalıdır. 


Parlamentin buraxılıb yenidən parlament seçilməsinin boş qalmış yerlərə seçkilərin keçirilməsinə heç bir aidiyyatı olmamalıdır. Bu, qanunvericiliyin tələbidir. Hazırda Azərbaycan parlamenti 125 deputadan ibarətdir və onun 5-i boşdur. 4-ü ləğv olunub, 1-i isə dünyasını dəyişdiyinə görə 5 seçki dairəsində millət vəkili yoxdur. Həmin seçki dairələri parlamentdə millət vəkili ilə təmsil olunmurlar. Bu da təbii ki, xalqın qanunvericilikdə iştirakını azaldır. Zatən hazırkı millət vəkillərinin xalq təmsilçiliyi müzakirə mövzusudur. Bundan başqa deputatlardan 5-i də yoxdursa, görün indi vəziyyət nə yerdədir. 

Yaxın 3-4 ay ərzində təcili sürətdə həmin 5 dairəyə seçkilər keçirilməlidir. Demokratik, şəffaf seçki vasitəsilə parlamentə yeni millət vəkilləri seçilməlidir. Bu baş verərsə, hazırkı parlamentə az da olsa, legitimlik qazandıra bilər. 
 

Milli Məclis buraxılarsa, yaxud da boş qalan 5 yerə seçkilər keçirilərsə, Ağ Partiya tam heyətlə seçkilərdə iştirak edəcək və maksimum təmsilçilik əldə etməyə çalışacaq.


Sonuncu parlament seçkilərində də Ağ Partiya çox azsaylı partiyalardan idi ki, 12 namizədlə çıxış edirdi. Səhv etmirəmsə, ən çox namizədlə çıxış edən YAP idi. Onlar namizədlərini hər dairədən vermişdilər. Amma biz Ağ Partiya olaraq 125 dairənin 12-dən namizədlə çıxış etdik. Bu baxımdan, biz yenidən təkrar seçkilərdə iştirak edib təmsilçilik əldə etməyə çalışacağıq. Onsuz da partiyaların işi budur”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

End of content

No more pages to load

RADİO