Milli Məclis Avropa Parlamentinin qətnaməsini PİSLƏDİ

Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.

Bizim.Media xəbər verir ki, bu fikirlər Milli Məclisin Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli qətnaməsinə münasibətində yer alıb.

Açıqlamada, həmçinin vurğulanıb:

Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyi, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır.

Bu qətnamə Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusən, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi.
 

Bu mənada, azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfəsini” verməli idi. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur.


Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə, bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur.

Avropa Parlamentində aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilibdir. Lakin bu qurum özünün qeyri-obyektiv mövqeyinin və saxta məlumatları rəsmiləşdirən qətnamələrinin artıq heç bir maraq doğurmadığını yaxşıca dərk etməlidir.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edir. Hesab edirik ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO