SƏRHƏD ŞOUSU - Ermənistan yenə odla oynayır

Mayın 25-də Ermənistan mətbuatında bir erməni əsgərinin Azərbaycan sərhədçiləri tərəfindən öldürülməsi ilə bağlı xəbərlər yayılıb. Lakin Azərbaycan tərəfi bu ittihamları qəbul etməyib.

Daha sonra mayın 27-si gecə saatlarında sərhəddə təxribat törətməyə cəhd edən 6 erməni əsir götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə erməni TƏXRİBATI – “Paşinyanın ipləri bizim əlimizdədir”


İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının gündəmə gəlməsindən sonra baş verən erməni təxribatlarının nəyə xidmət etməsi daha bir müəmma yaradıb.

Kimdir müqəssir?

Ermənilərin sərhəddəki təxribatlarının ən çox hansı qüvvələrin maraqlarına uyğun olmasını aydınlaşdırsaq, planın kimin başının altından çıxdığını da görə bilərik. İlk baxışda Ermənistanda siyasi situasiya o qədər qarışıqdır ki, vəziyyətdən baş çıxarmaq müşkül görünür. Atılan hər addımda, addım sahibi qədər rəqiblərinin də maraqlarına cavab verən detalların olması “cinayətkarı” tapmaqda çətinliklər yaradır. Lakin əlimizdə iki şübhəli var- revanşistlər və iqtidar.

Ermənistanda ümumi vəziyyəti nəzərdən keçirdikdə bu cür təxribatların çoxalmasının xaosu daha da artırdığını görə bilərik. Tam olaraq revanşistlərin maraqlarına cavab verən situasiya böhranın daha da dərinləşməsi və seçkilərin ləğvi ilə nəticələnə bilər. 

Ermənistanda hələ də yuxularında “Artsax” sayıqlayanlar, Nikol Paşinyanın əlinin daha güclü olduğunu və onun seçkilərdə əsas favorit olaraq göstərildiyini yaxşı başa düşürlər. Xalqın mənəvi durumunu da anlayan müxalifət öz ucuz bəyanatlarının Nikolu gözdən salmaq üçün yetərli olmayacağının da fərqindədir. Ona görə də, seçkilərin ləğvindən başqa ümid yeri qalmayan anti-Paşinyan ideoloqları məqsədlərinə nail olmaq üçün hər vasitəyə əl atmaqdan çəkinmirlər. 

Revanşistlər heç bir vəchlə ölkədə konstruktiv qüvvələrin yaranmasında da maraqlı deyillər. Hal-hazırda Rusiya daxil bir çox ölkələrin erməni xalqını doğru yola çəkmək niyyətləri ilə Paşinyanın rəqibləri heç cür barışmaq istəmirlər. Çünki ermənilərin doğru yolu anlaması bölgədə gələcək sülhün qarantı və revanşizmin sonu demək olacaq.

Səhnəciyin Paşinyanın maraqlarına xidmət edən tərəflərini görmək üçün isə məsələyə daha uzaq çərçivədən baxmaqda fayda var.

Həm 44 günlük müharibə dövründə, həm də sərhəd problemi baş qaldırdıqdan sonra ermənilərin bütün ümidlərini bağladıqları KTMT dəstəyi heç cür gəlib çıxmaq bilmədi. İndi də, “erməni hərbiçinin azərbaycanlılar tərəfindən öldürülməsi”ndən sonra kömək məsələsini gündəmə gətirmək üçün fürsət yaxalayan rəsmi İrəvan, KTMT-nin qapısını döymək üçün bir dəqiqə də tərəddüd etmədi.  Lakin gələn cavab “ilk növbədə diplomatik vasitələrdən istifadə etmək lazımdır” şəklində oldu.

Yəqin ki, Paşinyan iqtidarı KTMT-nin hərbi müdaxiləsini gözləyəcək qədər sadəlöhv deyildi. Xüsusilə də, son dönəmlər inkişafda olan Azərbaycan-Rusiya münasibətlərindən sonra. Bu səbəbdən də Nikolun KTMT-ni gözdən salmaq məqsədilə bu oyunu qurması heç də az etimal kimi görülməməlidir. 

Gecə saatlarında baş verən növbəti təxribatdan isə Nikol ermənilərin gözündə Azərbaycana qarşı “mübarizə”ni davam etdirməsi təsüratı yaradaraq, seçkiqabağı reytinqini yüksəltmək məqsədilə istifadə edə bilər.

Paşinyan bu addımlarla revanşistlərin əsas güvən yeri olan Moskva tabusunu pozmağı hədəfləyir. Bununla Nikol xalqın özünün timsalında Qərbə olan inamını qazanmaq niyyətindədir.

Nəticədə KTMT-dən heç bir köməyin gəlməyəcəyini anlayan ermənilər revanşist ideyaları kənara atıb öz dərdinə dərman tapmağa çalışaraq Paşinyana (Qərbə) sığınmağa məcbur olacaq.

Oyunun kimin tərəfindən hazırlanmasının isə bizim üçün elə bir ciddi əhəmiyyəti yoxdur. Çünki bu cür erməni təxribatları davam etsə belə, Azərbaycan üçün dəyişən heç nə olmayacaq. Hərbiçilərimiz qanuni olaraq bizə məxsus olan torpaqlarda sərhədlərimizin delimitasiyasına mane olmağa çalışanlara lazımi cavabı veriblər və buna görə heç kim Azərbaycanı hüquqi cəhətdən ittiham edə bilməz.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

End of content

No more pages to load

RADİO