Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr müzakirə olundu - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə təkbətək görüş keçirilib. Görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksəksəviyyəli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Numan Kurtulmuş iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyib.

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini xatırladan Sahibə Qafarova onun ən böyük xüsusiyyətinin ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi olduğunu diqqətə çatdırıb. O, ənənəyə uyğun olaraq, ilk rəsmi səfərini qardaş Türkiyəyə etməkdən məmnunluğunu bildirib.

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin, ortaq tarixə, dilə, dinə, milli-mənəvi dəyərlərə malik xalqlarımızın birliyinin və həmrəyliyinin bizim üçün ən böyük dəyər olduğunu söyləyən Milli Məclisin sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur.

Görüşdə vurğulanıb ki, ölkələrimiz və xalqlarımız həm sevincli, həm də kədərli günlərdə bir yerdədir. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyin rəsmi ifadəsi və möhürüdür.

Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolu qeyd edilib, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin hazırkı yüksək səviyyədə olmasını təmin etdiyi bildirilib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr də yüksək qiymətləndirilib. Vurğulanıb ki, qanunverici orqanlarımız arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur.

Parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.
 

Söhbət zamanı parlamentlərimizin, dostluq qruplarının, həmçinin parlament komitələrinin əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib. Görüşdən sonra TBMM-in plenar iclas zalında Milli Məclisin sədri Sahibə Qafarovanın salamlanması mərasimi olub.


Daha sonra Azərbaycanın parlament nümayəndə heyəti 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdi zamanı TBMM-in zədələnmiş ərazilərini ziyarət edib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO