Dəyişən dünyanın YENİ REALLIQLARI – BMT Təhlükəsizlik Şurası yenidən TƏŞKİL OLUNACAQ?

BMT-nin Baş katibi Antonio Quterreş yenə də pessimist notlarla çıxış edib:

“BMT Təhlükəsizlik Şurası köhnəlib və onun işi tez-tez iflic vəziyyətinə düşür”.

Onun fikrincə, beynəlxalq maliyyə arxitekturası müasir iqtisadiyyatı əks etdirmir və “qeyri-adekvat və ədalətsizdir”. BMT-nin Baş katibi qlobal idarəçiliyi gücləndirmək üçün işi davam etdirməyə çağırıb.

Nəzərə alaq ki, bu Baş katibin ilk pessimist çıxışı deyil. O daha öncə də buna bənzər fikirlər səsləndirmişdi. Antonio Quterreş BMT-nin bəzi strukturlarının zamanla ayaqlaşmadığını və yenidən formalaşmasına ehtiyac duyduğunu etiraf etmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Quterreş: “BMT Təhlükəsizlik Şurası köhnəlib”


Bu cür strukturlar arasında  Təhlükəsizlik Şurasının da adı çəkilmişdi. Onun fikrincə Təhlükəsizlik Şurası “daha ədalətli bir təmsilçiliyə” çevrilməlidir. Antonio Quterreş bununla bağlı fikirlərini belə ifadə etmişdi:

“Biz nəvələrimiz üçün yaradılan strukturlardan istifadə edib nəvələrimiz üçün gələcək qura bilməyəcəyik". 

Uğursuz cəhd

Baş katib BMT TŞ-nin funksionallığını artırmaq üçün hətta bu ilin sentyabrında Nyu-Yorkdakı əsas qərargah binasında BMT Baş Assambleyasının "Yüksək Səviyyəli Həftə"sinin keçirilməsini təklif etmişdi. Həmin həftə sentyabrın 22-30-u arası keçirildi. Tədbirə BMT-yə üzv 193 ölkədən 150-si ölkə başçısı və Baş nazir, digər ölkələr isə xarici işlər naziri səviyyəsində rəsmilər qatıldı. Lakin bir həftə davam edən müzakirələr nəticəsiz qaldı. Hər hansı qəti qərar qəbul edilmədi.

Bunun da bir sıra səbəbləri var.

Əsas səbəb odur ki, BMT bir qurum olaraq qlobal güclər tərəfindən idarə olunur. Həmin güclər istədikləri qərarı BMT-nin Təhlükəsizlik Şurasında keçirə bilirlər. Eyni zamanda, TŞ üzvü olan ABŞ, Fransa, Rusiya, Çin və Böyük Britaniya istədikləri qərara veto qoymaq hüququna malikdir.

Nəzərə alaq ki, bu dövlətlər əks qütbdə qərar tutublar və heç zaman maraqları üst-üstə düşmür. Ona görə də taleyüklü məsələlərdə bu 5 dövlət ancaq pozuculuqla məşğul olur. Ona görə də BMT-nin TŞ-ı ya yekdil qərar qəbul edə bilmir, ya da ki, qəbul edilmiş qərarın icrası hansısa üzv dövlət tərəfindən pozulur.

ABŞ faktoru

Bu məsələdə ABŞ faktoru vacib məsələdir. Çünki, BMT-nin baş qərargahı Nyu-Yorkda yerləşir. Ən başlıcası BMT-nin əsas donoru ABŞ-dır. Ona görə də rəsmi Vaşinqtonun istənilən qərarı BMT-nin baş katibliyi üçün keçərlidir.

Xatırladaraq ki, ötən əsrin 90-cı illərində SSRİ-nin dağılmasından sonra BMT müstəqil hərəkət etmək niyyətində idi. O zaman ilk təhdid Ağ Evdən gəldi. Rəsmi Vaşinqton açıq şəkildə bildirdi ki, “əgər biz deyən olmayacaqsa, o zaman qurum baş ofisinin ABŞ-dan köçürülməsi məsələsinə baxmalıdır”. Eyni zamanda, ABŞ BMT-yə yardımlarını da dayandıracağını bildirdi.

Məhz bu və digər səbəblərdən BMT bu gün lazımsız bir quruma çevrilib. Təsadüfi deyil ki, bunu həm qurumun özü, həm də üzv ölkələrin rəsmiləri etiraf edir.

Məsələn, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bir neçə ay əvvəl Kocali Universitetinin yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib ki, BMT Təhlükəsizlik Şurası  demək olar ki, zibil qutusuna atılmış bir qurumdur.

O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir:

“Bu gün “beynəlxalq hüquq”, “müharibə cinayətləri” termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır. BMT hansı müharibəni dayandırıb? Rusiya ilə Ukrayna arasında davam edən savaşı dayandıra, müharibə cinayətlərinin qarşısını ala bildimi? Yox”.

BMT-nin TŞ-nin yenidən təşkili barədə təkliflər tez-tez səslənir. Məsələn, bu günlərdə Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) ölkələrinin liderləri - ABŞ, Hindistan, Yaponiya və Avstraliya - yeni daimi üzvlərin daxil edilməsi üçün BMT Təhlükəsizlik Şurasını (TŞ) islahata çağırıblar: 

"Biz BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlük kateqoriyalarını genişləndirməklə onun daha əhatəli, şəffaf, effektiv, demokratik və hesabatlı olmasına təcili ehtiyac olduğunu dərk edərək, BMT Təhlükəsizlik Şurasında islahatlar aparacağıq".

QUAD ölkələri hesab edir ki, yenilənmiş Təhlükəsizlik Şurasında daimi yerlərin genişləndirilməsi Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsindən yeni ölkələrin təmsilçiliyini əhatə etməlidir.

Təhlükəsizlik Şurası barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur “dünya 5-dən ibarət deyil” fikri isə artıq aforizm kimi işlənir.

BMT-nin TŞ-ı yenidən qurula bilərmi?

Çağırışlar və təkliflər çox olsa da, bu barədə fikir birliyi yoxdur. Təşəbbüslə çıxış edən istənilən ölkə TŞ-də öz təmsilçiliyini görmək istəyir. Üstəlik, hazırkı üzvlər də öz mandatlarını təhvil vermək barədə düşünmür.  Ona görə də TŞ-nin yenidən formalaşması yaxın zaman üçün qeyri-mümkün kimi görünür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

End of content

No more pages to load

RADİO