İsrail və ABŞ-dan QORXUNC XƏBƏRDARLIQ – Suriyadan sonra İran HƏDƏF ALINACAQ?

İsrail Suriyaya uğurlu hava zərbələrindən sonra onların İrandakı nüvə obyektlərinə zərbə endirməyə hazırlaşır. Bu barədə İsrail ordunun “Qaley İDF” radiosu məlumat yayıb.

Qeyd olunub ki, İsrailin müəyyən hərbi strukturları, o cümlədən ordu, Tehranla bağlı ölkənin siyasi rəhbərliyinə variantlar təqdim etmək üçün müxtəlif kəşfiyyat və müdafiə strukturları arasında koordinasiya aparır.
 

MÖVZU İLƏ BAĞLI:

Avropadakı suriyalılar ÜSYAN HAZIRLIĞINDA – Aİ-ni çətin günlər GÖZLƏYİR...


Vurğulanıb ki, güclü olan Suriyanın hava hücumundan müdafiə sisteminin 80 faizi İsrailin hava hücumlarından sonra məhv edilib. Radio bildirib ki, bir neçə il əvvəl Suriyanın hava hücumundan müdafiə sistemləri yəhudi dövlətinin aviasiyasına ciddi təhlükə yaradıb. Lakin indi vəziyyət dəyişib, Suriyanın hava məkanı uçuşlar üçün artıq açıqdır.

İsrail Baş naziri Benyamin Netanyahu isə dünən verdiyi açıqlamada İran xalqına səslənib. O, bildirib ki, İran xalqının azadlığa qovuşacağı gün yaxındır.

Digər tərəfdən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası tərəfindən İrana hava hücumlarının hazırlanması planı üzərində işlərin getdiyi ilə bağlı xəbərlər yayılıb.

Görünən qədərilə, ABŞ-İsrail tandemi İrana qarşı ciddi tədbirlər görməyə hazırlaşır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov ABŞ-ın yaxınlarda fəaliyyətə başlayacaq yeni adminstrasiyasının İsrailin İranla geniş miqyaslı savaşa başlamasına yaşıl işıq yandıracağına inanmır:

“Mövcud durum belə deməyə əsas verir ki, İsraillə İran arasında müharibə hər an alovlana biləcək vəziyyətdədir. İsrailin artıq Livanla atəşkəs vəziyyətinə gəlməsi, HƏMAS-la qarşıdurmada aktiv döyüş əməliyyatlarının ikinci fazaya keçməsi diqqəti daha çox İrana yönəltməyə səbəb olacaq.

Təl-Əviv Donald Trampın inaqurasıyasına qədər İrana qarşı mümkün qədər bu tip sərt ritorikalardan istifadə edir. Amma inanmıram ki, Trampın inaqurasiyasından sonra ABŞ İranla İsrail arasında hansısa genişçaplı savaşa “yaşıl işıq” yandırsın.

Bəlli olan məsələ odur ki, doğrudan da İrandan müəyyən təhdidlər var. Eyni zamanda, Tehranla Təl-Əviv həmişə bir-birilərinə qarşı təhdid və təzyiq dilində danışıblar. Hətta münasibətlərdəki sərt diplomatik ritorika ikinci cəbhəyə keçdiyi anlarda belə İranla İsrailin bir-birinə qarşı yanaşmasında hansısa yumşalmalar qeydə alınmayıb”.

“Geniş çaplı eskalasiya real görünmür”

Ekspertin fikrincə, Trampın “Time” nəşrinə müsahibəsində İranla müharibəni istisna etməməsini isə onun hakimiyyət kürsüsünə tam əyləşənə qədər Tehrandan müəyyən güzəştlər tələb etməsi siqnalı kimi dəyərləndirmək olar:
 

“İsrail tərəfinin İranla bağlı belə bir açıqlaması fonunda ABŞ-ın yeni Prezidenti Tramp da mətbuata açıqlamasında İranla müharibəni istisna etməyib. Tramp İranla müharibəni istisna etməməklə ənənəvi olaraq Amerika dövlət başçılarının mövqeyini növbəti dəfə tirajlayır. Amma düşünmürəm ki, Trampın hakimyyətinin xüsusən də ilk dövündə İranla geniş çaplı eskalasiya Vaşinqton üçün cəlbedici olsun.


Burada müəyyən diplomatik təsir və təzyiqlərdən söhbət gedə bilər. Amma geniş çaplı eskalasiya Trampın hakimiyyətinin ilk dövründə real görünmür. Nə də Ağ Ev bu istiqamətdə müharibəyə başlamaq üçün İsrailə hansısa bir formada təzyiq etməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

End of content

No more pages to load

RADİO