Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşım dövlət başçısının rəsmi “X” hesabında edilib.
Paylaşımda “12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü” sözləri qeyd edilib.
Xatırladaq ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Dahi rəhbər 2003-cü il dekabrın 12-də ABŞ-nin Klivlend klinikasında dünyasını dəyişib.

Bizim.Media