İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin prezidentini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.

Bizim.Media xəbər verir ki, qəbula görə minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlətimizin başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıblar. Onlar Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Qonaqlar ölkəmizə səfər çərçivəsində Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını deyiblər və qeyd ediblər ki, bu qəsəbənin özünün mövcudluğu, onun inkişafı, orada yaradılmış nadir yəhudi muzeyi də dünya üçün bir nümunədir.

Maykl Tuçin və Bernard Kaminetski, həmçinin Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Dövlətimizin başçısı da öz növbəsində qeyd edib ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar, eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir.

Dövlətimizin başçısı Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

End of content

No more pages to load

RADİO