Leyla Əliyeva Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı SƏRGİDƏ - FOTO/VİDEO

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində nigeriyalı heykəltaraş Dotun Populanın (DotunPopoola) “Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) adlı fərdi sərgisinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
 

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, Afrika incəsənəti dünyada çox məşhurlaşıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzində Dotun Populanın 30-a yaxın əsəri sərgilənir və bu əsərlər 2025-ci ilin oktyabrınadək Mərkəzdə təqdim olunacaq. “Əminəm ki, Heydər Əliyev Mərkəzinə gələn qonaqlar bu əsərləri çox bəyənəcəklər”, - deyə Anar Ələkbərov qeyd edib.


Heydər Əliyev Mərkəzinin direktoru diqqətə çatdırıb ki, bu sərgi Mərkəzdə 2024-cü ildə təşkil olunan çoxsaylı sərgilərin sonuncusudur. O, Mərkəzdə açılan sərgilərdə fəal təmsil olunduqlarına görə iştirakçılara təşəkkürünü bildirib.

Heydər Əliyev Mərkəzində belə bir sərginin açılmasından məmnunluğunu ifadə edən nigeriyalı heykəltaraş Dotun Popula sərgidə heykəltaraşlıq nümunələrinin və digər əsərlərinin nümayiş olunduğunu söyləyib.

“Təkrar emal olunmuş metal hissələrdən düzəltdiyim heykəllər sosial şəbəkələr üçün platforma rolunu oynayır. Mənim bədii yanaşmamın əsasında incəsənətin transformasiyada katalizator rolu oynadığını, sosial-mədəni landşaftın öyrənilməsi üçün bir alət olduğunu, yenidənqurmada vasitəçiyə çevrildiyini, ekoloji deqradasiyaya etiraz forması kimi çıxış etdiyini ifadə edən inamım dayanır”, - deyə heykəltaraş bildirib.

Sonra tədbir iştirakçıları Mərkəzin foyesində və parkında sərgilənən eksponatlara baxıblar.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsinə və “Öz töhfəni ver!” (Participate!) sərgisinə də baxış keçirilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 120-dən çox əsər təqdim olunur.
 

Qeyd edək ki, Dotun Populanın sayca 7-ci fərdi sərgisi Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edərək ətraf mühit və iqlim dəyişmələri mövzusu ilə səsləşir. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır.


Həmin metal parçaları isə müxtəlif insanlar tərəfindən ianə edilən materiallardır. Müəllifin sözlərinə görə, sərgilərdə hər bir şəxsin incəsənət üçün bağışladığı töhfəni görməsi bu əsərlərə daha da cəlbedicilik qatır.

Dotun Populanın bədii təqdimatında insan, heyvanlar aləmi, nəqliyyat vasitələri və s. vasitəsilə iqlimin qorunmasına çağırış duyulur. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş “heç nə”dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır.

Xatırladaq ki, Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə “Birlikdə var olmaq” (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın“Dubay Ekspo 2020” sərgisində Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdu.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sevilya”nın yeni baş məşqçisi AÇIQLANDI

“Sevilya”nın yeni baş məşqçisi AÇIQLANDI

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

End of content

No more pages to load

RADİO