Slovakiya XİN başçısı ilə regional sülh səyləri müzakirə edilib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Slovakiya Respublikasının xarici və Avropa işləri naziri Yuray Blanar ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
 

Bildirilib ki, görüş zamanı, Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələri, COP29 çərçivəsində əldə olunmuş əhəmiyyətli qərarlar, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.


COP29 çərçivəsində iki ölkə rəhnərləri arasında keçirilmiş görüş məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycan və Slovakiya arasında dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin, eləcə də siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət, habelə energetika sahələri üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcudluğu və əldə olan imkanlardan istifadə olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Qarşı tərəf, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, COP29-un yekunları barədə ətraflı məlumatlandırılıb, sessiya çərçivəsində Bakı Maliyyə Məqsədi daxil olmaqla, bir sıra vacib qərarların qəbul olunduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, bərpa və yenidənqurma işləri, habelə sülh səyləri barədə ətraflı məlumat verib.

Delimitasiya, eləcə də sülh sazişi istiqamətində əldə olunan irəliləyişlər qeyd olunmaqla yanaşı, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında mövcud ərazi iddialarının yaratdığı maneələr diqqətə çatdırılıb. İki ölkə arasında bərpa və yenidənqurma işləri, eləcə də minatəmizləmə sahəsində birgə səylər nəzərdən keçirilib.

Görüşdə eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sevilya”nın yeni baş məşqçisi AÇIQLANDI

“Sevilya”nın yeni baş məşqçisi AÇIQLANDI

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

End of content

No more pages to load

RADİO