ABŞ-ın sabiq prezidenti Barak Obama Co Baydeni prezident seçkilərində qələbə çalması münasibətilə təbrik edib.
Bizim.Media-nın verdiyi məlumata görə Obama təbriki "facebook" hesabında yazıb.
B.Obama, eyni zamanda ölkənin yeni birinci xanımı Cil Baydeni də təbrik edib.
"Mən əminəm ki, o, ona səs verən və ya verməyən hər bir amerikalıya ürəkdən xidmət edəcək", deyə Barak Obama "facebook" hesabında paylaşıb.
Qeyd edək ki, Co Bayden Barak Obamanın prezidentliyi dönəmində ölkənin vitse-prezidenti olub.
Bizim.Media