Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla danışıqların dəfələrlə İrəvan tərəfindən informasiya sızması nəticəsində pozulduğunu etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, erməni mətbuatına danışıb.
Onun sözlərinə görə, sızma deputat Ovik Kazaryanın günahından baş verirmiş.
“Paşinyan gəlib bizə İlham Əliyevlə görüşün təfərrüatlarını danışır, baş nazir dövlət sirri olan məlumatı bölüşür, Kazaryan isə hər şeyi açıqlayır. Bu bəyəm normaldır?”, - deyə spiker qeyd edib.
Bizim.Media