Mövlud Çavuşoğlu: "Azərbaycanlı qardaşlarımız tarixi torpaqlarına geri dönməlidirlər"

"Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu dekabrın 4-də Qərbi Azərbaycan İcmasında olub.

Bizim.Media xəbər verir ki, görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi xatırladıb.
 

İcmanın yaranması və fəaliyyəti barədə danışan Ə.Ələkbərli bildirib ki, İcmada toplaşan insanlar 1987-1991-ci illərə qədər indiki Ermənistan ərazisində yaşayıblar. İcmanın məqsədləri barədə məlumat verən İdarə Heyətinin sədri vurğulayıb ki, Qərbi Azərbaycan İcması olaraq son 200 ildə öz ata-baba yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarını beynəlxalq müstəviyə qaldırmağa və onların qayıdış hüququnun təmin olunmasına çalışırlar.


O qeyd edib ki, sonuncu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın azərbaycanlı Ermənistan tərəfindən doğma yurdlarından didərgin salınıb. Həmin dövrdə 172 kənddə ancaq azərbaycanlılar yaşayırdılar və orada bir nəfər də olsun erməni yox idi.

Bildirilib ki, öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış Qərbi azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır. Onların geri qayıdışına şəraitin yaradılması Ermənistanın dövlətinin öhdəliyidir.

Azərbaycanlıların yaşadıqları tarixi torpaqlarına qayıtmaq istəmələrinin Ermənistanın ərazi iddiası kimi təqdim etməsinin isə heç bir əsası yoxdur.

Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin inkişaf etdiyini diqqətə çatdıran M.Çavuşoğlu Türkiyənin bu istiqamətdə Azərbaycana bütün dəstəyi verdiyini vurğulayıb. Deyib ki, artıq keçmiş məcburi köçkünlər də öz doğma torpaqlarına qayıtmağa başlayıblar.

O, ölkəmizin bu istiqamətdə də sülhpərvər siyasətini təqdir edib. Vurğulayıb ki, Azərbaycan qaçqınların geri qayıdışı məsələsində beynəlxalq hüquqa uyğun davranır.

Qarabağ Zəfərindən sonra Azərbaycanın sülh təşəbbüslərinə toxunan TBMM-in üzvü deyib: "Bütün dünya Azərbaycanın Ermənistana qarşı səmimi davranışının şahididir. Amma Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarındakı bütün maddi-mədəni irsi dağıdıb. Türkiyə olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, azərbaycanlı qardaşlarımız tarixi torpaqlarına geri dönməlidirlər. Həmçinin bu məsələyə dünya ictimaiyyətinin diqqətinin artırılması da vacibdir”.
 

İcma sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən M. Çavuşoğlunun İcmaya səfərinin Qərbi azərbaycanlılar üçün mühüm mənəvi dəstək olduğunu deyib.


Qərbi azərbaycanlıların geri qayıdışı hüquqi yolla həyata keçirmək istədiklərini deyən deputat əlavə edib: "Ermənistandan zorla çıxarılan insanlar öz ata–baba yurdlarına geri qayıdaraq minilliklər boyu olduğu kimi, bundan sonra da orada yaşamaq istəyirlər. Qərbi azərbaycanlılar əgər öz evlərindən çıxarılmasaydılar, indi yaşayışlarını və fəaliyyətlərini məhz ata–baba yurdlarında davam etdirərdilər.

Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədov isə bildirib ki, Qərbi azərbaycanlıların haqq işi insan hüququ məsələsidir.

Deputat qeyd edib ki, Qərbi Azərbaycan İcması bu günə qədər Ermənistanın baş naziri Nikol Paşinyana, eyni zamanda, beynəlxalq ictimaiyyətin mühüm aktorlarına məktublar, müraciətlər ünvanlayıb, soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışına dair tələbini ifadə edib. Lakin təəssüf ki, Ermənistan tərəfi İcmanın dialoq müraciətinə hələ də cavab verməyib.

Qaya Məmmədov Ermənistandakı irqçilik siyasətinin də yolverilməz olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO