Prezidentdən ICAPP-ın 12-ci Baş Assambleyasının iştirakçılarına MÜRACİƏT

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

“Hörmətli tədbir iştirakçıları! 

Sizi - Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən Kamboca Xalq Partiyasına təşəkkürümü bildirirəm. 

Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı əhatə edən ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin və təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləmişdir.
 

ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir. 


ICAPP-ın 12-ci Baş Assambleyası bəşəriyyəti düşündürən olduqca önəmli bir məsələyə həsr olunmuşdur. "Sülh və barışıq axtarışı mövzusu hazırkı reallıqlar, xüsusən də dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən biridir. 

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır.

Konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir. 

Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir. 

Bu gün ICAPP tədbirinin keçirildiyi bir vaxtda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir.

Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, nüfuzlu ekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılan müzakirələrdə ifadə olunan ümumi fikir və yekdil qənaətlərdən biri də ekosistemin mühafizəsinin əsas yollarından biri kimi müharibələrin qarşısının alınması və silahlı qarşıdurmaların ətraf mühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçün sülh və barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir. 
 

Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də sonda qəbul ediləcək Pnompen Bəyannaməsi ortaq hədəflərimizi reallaşdırmağa mühüm töhfə verəcək və genişmiqyaslı səmərəli əməkdaşlığa yol açacaqdır. 


Sizə ən xoş arzularımı çatdırır və 12-ci Baş Assambleyanın işinə uğurlar diləyirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Abubakar “Neftçi”ni tərk edir?

Abubakar “Neftçi”ni tərk edir?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

Millimizin hazırlığı davam edir - FOTO

Millimizin hazırlığı davam edir - FOTO

Bu şəxslər pensiyasız qala bilər

Bu şəxslər pensiyasız qala bilər

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO