İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi COP29-un mükəmməl səviyyədə keçirilməsinə və yüksək təşkilatçılığa görə təbriklərini çatdırıb. 

Yəmənin vitse-prezidenti vurğulayıb ki, Azərbaycanın bu uğuru bütün İslam dünyasının uğurudur. O, bu günlərdə dünyanın hər yerindən xeyli sayda nümayəndələrin, dövlət və hökumət başçılarının Azərbaycana gəlməsini mühüm hadisə kimi qiymətləndirib, COP29-da böyük nəticələrin əldə olunduğunu vurğulayıb.

Qonaq Bakı şəhərinin gözəlliyinin onları valeh etdiyini deyib.

Abdulla Al-Alimi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. O, yəmənli tələbələrin hələ sovetlər dövründə Azərbaycanda təhsil aldıqlarını xatırladaraq, bu ənənələrin davam etdirilməsini xahiş edib.

Dövlətimizin başçısı xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirib, COP29-un Azərbaycanda uğurla keçirilməsinin bizim müştərək uğurumuz olduğunu deyib.

Prezident İlham Əliyev işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində maddi mədəniyyət irsimizi, o cümlədən İslam dininə aid olan müqəddəs ibadətgahlarımızı, ocaqlarımızı darmadağın etdiyini, məscidlərdə donuz saxladıqlayaraq təhqirlərə məruz qoyduğunu bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistanın bu işğalına son qoyub.

Görüşdə İslam həmrəyliyinin vacibliyinə toxunuldu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub, Azərbaycan ilə Yəmənin daim bir-birinin yanında olduqları vurğulanıb, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

“Milan” Rafael Leao barədə qərar verdi

“Milan” Rafael Leao barədə qərar verdi

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

End of content

No more pages to load

RADİO