Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri birgə hərbi təlim keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, noyabrın 18-dən 29-dək davam edəcək təlimlərdə hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcəklər.
Təlimlər Aksaz/Muğlada keçiriləcək. Bundan başqa, Aralıq dənizində iki ölkənin iştirakı ilə hərbi hava qüvvələrinin təlimi də planlaşdırılır.
Bizim.Media