İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

Bizim.Media xəbər verir ki, COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Avropa Şurasının Baş katibi bu tədbirin qısa müddət ərzində təşkil edilməsini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev qeyd edib ki, adətən sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olduğu halda, Azərbaycanın cəmi 11 ayı var idi və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib.

Dövlətimizin başçısı deyib ki, mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti deyib ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var.

Alen Berse vurğulayıb ki, Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb.

Qonaq Avropa Şurası çərçivəsində dövlətlərin müxtəlifliyi prinsipinin xüsusi əhəmiyyət daşıdığını deyib.

Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin bu təsisatın 76 müxtəlif konvensiyasına qoşulduğunu qeyd edib.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında yaradılmış Bakı Prosesinin əhəmiyyəti vurğulanıb.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

“Milan” Rafael Leao barədə qərar verdi

“Milan” Rafael Leao barədə qərar verdi

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

End of content

No more pages to load

RADİO