Metyu Brayzadan COP29-la bağlı AÇIQLAMA: Azərbaycan tarixində böyük hadisədir

Azərbaycanda keçirilən COP29 hamımız üçün inanılmaz dərəcədə həyəcanlıdır. Təkcə bu regionda iqlimlə bağlı ən böyük hadisə deyil. Bu, bütün dünyada, xüsusən Azərbaycan tarixində ən böyük hadisədir. Bu, məni çox sevindirir. Azərbaycanın əslində nə olduğunu göstərmək şansı var.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində COP29-da Yaşıl Zonadakı sərgi pavilyonunda Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.

"Azərbaycan azad edilmiş ərazilərin bərpası, həm də ölkənin iqtisadi gələcəyi ilə yanaşı, dünyanın iqlim dəyişikliyi məqsədlərinə çatmasına kömək etmək üçün beynəlxalq danışıqlara rəhbərlik edir. Beləliklə, bu, Azərbaycan üçün həyəcanverici andır və mən burada və COP29-da aşkar olunan fərqli bir dövlətin bir hissəsi olmaqdan şərəf duyuram.

COP29-un sədri kimi Azərbaycanın əsas məqsədi maliyyə müzakirəsidir. Beləliklə, ideya ondan ibarətdir ki, uzun illərdir dünyanın inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrinə iqlim dəyişikliyinə uyğunlaşmalarına kömək etmək üçün ildə 100 milyard dollar ayırmağa söz versələr də, nəticə uğursuzdur.

Biz heç vaxt iqlim dəyişikliyi prosesinə hazırkı qədər ciddi yanaşmamışıq. Ona görə də indi bizə ildə bir trilyon dollardan çox pul lazımdır. Bu, ölkələrə keçidi həyata keçirməyə kömək edəcək. Beləliklə, inkişaf etməkdə olan ölkələrə nəticələrin idarə olunmasına kömək etmək üçün razılaşdırılmış töhfələr olacaq. COP29-da ölkələrin enerji məsələlərini diqqətdə saxlamaq və bərpaolunan enerji istehsalını artırmaq niyyətlərinin müzakirə olunacağını düşünürəm.

Bütün qlobal iqtisadiyyatın bərpaolunan enerjidən istifadə edə bilməsi ən vacib şərtdir. Yəni bunlar çox vacib məqsədlərdir. Hesab edirəm ki, Azərbaycanı hələ də təbii qaz ixrac etmək istəməsinə görə tənqid etmək real deyil, çünki Azərbaycan elektrik enerjisi ixrac edir. Ölkənizin işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonalarını yenidən qurmaq üçün bərpaolunan enerjiyə etibar etməsi uğurlu addımdır. Ən yaxşısı onları təmiz və yaşıl saxlamaqdır", - deyə Metyu Brayza əlavə edib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

“Milan” Rafael Leao barədə qərar verdi

“Milan” Rafael Leao barədə qərar verdi

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

End of content

No more pages to load

RADİO