Azərbaycan Prezidenti Çinin Baş nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikası Baş nazirinin müavini Din Süesən ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Din Süesən Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Qonaq qeyd etdi ki, COP29-da dövlətimizin başçısının çıxışı çox dolğun və məzmunlu idi. COP29-un yüksək səviyyədə təşkil edildiyini və bundan məmnun olduqlarını deyən Çin Xalq Respublikası Baş nazirinin müavini dedi ki, bu, bir daha onu göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın çox yüksək təşkilatçılıq potensialı var.

Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyini vurğulayan Din Süesən qısa müddət ərzində Azərbaycanın belə miqyasda iş həyata keçirdiyini vurğuladı.

Çin Xalq Respublikası Baş nazirinin müavini bildirdi ki, Azərbaycanla Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
 

Dövlətimizin başçısı da iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək bununla da əlaqələrimizin məzmunca daha da zənginləşdiyini vurğuladı.


Söhbət zamanı COP-un hazırlığı prosesində Azərbaycanın Çinin BYD şirkəti ilə əməkdaşlığı, bu şirkətin elektrik avtobuslarının ölkəmizə idxalı qeyd edildi, COP çərçivəsində hazırda onlardan istifadə olunduğu bildirildi. BYD şirkətinin elektrik nəqliyyat vasitələrinin Azərbaycanda istehsalı ilə əlaqədar razılığın əldə olunduğu diqqətə çatdırıldı.

Ölkələrimizin çoxtərəfli diplomatiyaya və xalqlararası dialoqa böyük önəm verdiyi vurğulandı.

“Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığa toxunuldu, Azərbaycanın bu layihəni dəstəklədiyi bildirildi və son dövrlərdə yükdaşımalarda artım müsbət amil kimi qeyd olundu. Azərbaycanın nəqliyyat infrastrukturunun və Bakı limanının potensialının artırılmasının gələcək yükdaşımalar üçün daha geniş imkanlar yaratdığı bildirildi.

Çinlə Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafından, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

“Milan” Rafael Leao barədə qərar verdi

“Milan” Rafael Leao barədə qərar verdi

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

End of content

No more pages to load

RADİO