“Avropa Parlamentinin qətnaməsi “kağız parçasıdır” deməkdən asan iş yoxdur”.
Bizim.Media xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu feysbuk hesabında yazıb.
Politoloq bildirib ki, Avropa Parlamenti Azərbaycana qarşı ədalətli mövqe göstərməyib:
“Bəli, Azərbaycana qarşı haqsızdırlar, ədaləti mövqedən çıxış etmirlər. Ancaq eyni qurum vaxtilə Azərbaycanın ərazi bütövlüyünə dəstək verən sənədlər də qəbul edib, onlardamı kağız parçasıdır? Axı həmin sənədlərə istinad etmişik. İşləmək və elə etmək lazımdır ki, Avropadakı dostlarımız hərəkətə keçsinlər, haqlı mövqeyimiz haqqında səslərini ucaltsınlar. Bunun həyata keçirilməsi üçün isə Azərbaycan Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi və Ombudsman Aparatı birgə çalışmlarıdırlar”
Qeyd edək ki, Milli Məclisin mayın 21-də keçirilən plenar iclasında spiker Sahibə Qafarova Avropa Parlamentində “hərbi əsir”lərlə bağlı qəbul edilən qətnaməni kağız parçası adlandırmışdı.
Bizim.Media