İlham Əliyev Bakıda Azərbaycanın üçrəngli Bayrağını UCALTDI - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb. 

Sonra Prezident İlham Əliyev meydanda və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlə tanış olub. 

Qeyd edək, ki, Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən 2010-cu il noyabrın 9-da açılıb. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib.

Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Muzeyə gələn qonaqlara hər bir tarixi nümunə haqqında təfsilatlı məlumatlar verilib. 

2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində işlər görüb, eksponat sayını 431-ə çatdırıblar. 

Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir. Muzey altı sərgi salonundan ibarətdir.

A Sərgi salonunda ölkəmizin qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar və XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur. 

B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 1918-ci il dekabrın 7-də asılan Dövlət bayrağı, həmin dövrə aid fotoşəkillər, pul əskinazları, poçt markaları, eləcə də keçmiş Azərbaycan SSR-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunan konstitusiyaları, pul əskinazları və poçt markaları təqdim edilir. 

C Sərgi salonundakı eksponatlar isə müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli Lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Prezidentinin ştandartı, dövlətimizin orden və medalları, Azərbaycan Konstitusiyası, eləcə də, Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrinə sancılmış Dövlət bayrağı nümayiş etdirilir.
 

Salonda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli və “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 2009-cu il 17 noyabr tarixli sərəncamlar, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli Qərarından ibarət stend yerləşdirilib. 


Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları isə muzeyin D salonunda sərgilənir. 

E və F salonlarında Azərbaycanın hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur. 

Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar nümayiş olunur. 























































































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

End of content

No more pages to load

RADİO