Bakıda Dünya dini liderlərinin III Sammiti başladı – FOTO

Noyabrın 5-də Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti işə başlayıb.

Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciəti oxunub.

Müraciəti Azərbaycanın Baş naziri Əli Əsədov səsləndirib.

Xatırladaq ki, ikigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak edirlər.
 

Dünya dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP29 çərçivəsində keçirilən budəfəki III Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır.


Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etmələri Azərbaycan Respublikasının növbəti beynəlxalq uğurudur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Avropanın rəmzi komandasında kimlər var?

Avropanın rəmzi komandasında kimlər var?

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Tacir musiqi məktəbi AÇIR - VİDEO

Tacir musiqi məktəbi AÇIR - VİDEO

Prezidentdən olimpiya çempionuna: “Bizdə ikinci Zema olacaq?” - VİDEO

Prezidentdən olimpiya çempionuna: “Bizdə ikinci Zema olacaq?” - VİDEO

End of content

No more pages to load

RADİO