Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.
Bizim.Media-nın məlumatına görə, layihə parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin mayın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Bizim.Media