Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko COP29 iqlim konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunda olub.
Bizim.Media xəbər verir ki, bu barədə Mixalko rəsmi “X” hesabında məlumat paylaşıb.
“10 gündən sonra COP29 iqlim konfransı başlayır. Bu, iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş ən böyük qlobal konfransdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.



Bizim.Media