“Avropa Parlamentində “hərbi əsir”lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur”.
Bizim.Media-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova belə deyib.
Bildirib ki, Azərbaycana qarşı belə sənəd erməni təbliğatının təsiri altında qəbul edilib:
“Bu, sadəcə, kağız parçasıdır. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır”.
Bizim.Media