İlham Əliyev pakistanlı generalı qəbul edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı general Sahir Şamşad Mirzanın səfərinin ölkələrimiz arasında güclü tərəfdaşlıq, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını deyib.

Prezident İlham Əliyev bu il qardaş Pakistana dövlət səfərinin çox uğurlu və məhsuldar keçdiyini vurğulayaraq, bunun dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyini bildirib.

Dövlətimizin başçısı ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birini həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd edib.

Əməkdaşlığımızın, o cümlədən ticarət sahəsində əlaqələrimizin əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini bildirən dövlətimizin başçısı deyib ki, özünün Pakistana dövlət səfəri zamanı Azərbaycanın bu ölkəyə 2 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanları barədə bəyanat verilib və bu sahədə sıx əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.

Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarərlərdən olduğunu deyib.

Dövlətimizin başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29 tədbirində iştirakının və gələn il öllkəmizə dövlət səfərinin Azərbaycanda səbirsizliklə gözlənildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Bakıda keçirəcəyi görüşlərin uğurlu olacağına ümidvar olduğunu bildirib.

Azərbaycan dövlətinin başçısı ilə görüşündən şərəf duyduğunu vurğulayan Sahir Şamşad Mirza Prezident İlham Əliyevin əfsanəvi şəxsiyyət olduğunu qeyd edib. Qonaq Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərifin salamlarını, Pakistan xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Sahir Şamşad Mirza Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin ikitərəfli münasibətlərimizin inkişafında tarixi təməl daşı olduğunu deyib.

Qonaq ölkəmizdə keçirilən prezident seçkilərində İlham Əliyevin, parlament seçkilərində isə hakim Yeni Azərbaycan Partiyasının qələbəsinin önəmini qeyd edərək vurğulayıb ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin davamçısıdır. Sahir Şamşad Mirza qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı fenomenal hadisə olub. Qonaq bu cür inkişafa, o cümlədən ümumi daxili məhsulun və əhalinin rifah halının artma templərinə heç bir ölkədə rast gəlinmədiyini deyib.

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini vurğulayaraq qeyd edib ki, ölkəmizin əsgər və zabitlər ilə bağlı baxışı, yerli istehsalın təşviqi, müharibədə müdafiə sənayesi kompleksi və güclü hərbi imkanlarla bərabər, müdafiənin bir növü olan qabaqlayıcı strategiyanın tətbiqi dünyaya çox aydın bir siqnal olub ki, Azərbaycan hədəfə köklənib və irəliləyir.
 

Ölkəmizdə gedən inkişaf proseslərinin nümunə olduğunu qeyd edən qonaq Pakistanın Azərbaycan ilə qardaşlıq əlaqələrinin qarşılıqlı inama, səmimiliyə, əməkdaşlığa, mədəni əsaslara söykəndiyini deyib.


O, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb və bu bayramın Pakistanda da qeyd edildiyini məmnunluqla vurğulayıb. Sahir Şamşad Mirza qeyd edib ki, Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Avropanın rəmzi komandasında kimlər var?

Avropanın rəmzi komandasında kimlər var?

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

End of content

No more pages to load

RADİO