Avropa Parlamentinin qəbul etdiyi sənəd gülüncdür – BƏYANAT

“Tarixən xarici işğal, etnik təmizləmə, mədəni irsin dağıdılmasından əziyyət çəkmiş Qərbi azərbaycanlılar və bütövlükdə xalqımız üçün beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmətin təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Müxtəlif dövrlərdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyonlarla Qərbi azərbaycanlı üçün qayıdış hüququ xüsusilə ümdə və müqəddəs vəzifə təşkil edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

“Qüvvədə olan beynəlxalq konvensiyalar iştirakçı dövlətlərin üzərinə Azərbaycan xalqına qarşı törədilən sistematik hüquq pozuntuları ilə bağlı konkret öhdəlik qoysa da, onların bir çoxu, ələlxüsus qərb ölkələri, bu məsələyə biganə yanaşmışlar. Onlar nəinki bu hüquq pozuntularına göz yummuş, hətta Ermənistanı işğal və etnik təmizləmə kimi bədnam əməllərini davam etdirməyə cəsarətləndirmiş və regionda sülhün bərqərar olmasına həmişə əngəl törətmişlər. 

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda dayanıqlı sülh üçün perspektivlərin ortaya çıxmasından narahat olan sözügedən qüvvələr öz pozucu əməllərini daha da fəallaşdırmışlar.

Daha çox parlament xətti ilə həyata keçirilən bu bədnam fəaliyyətlərdə ABŞ Konqresi, Avropa Parlamenti, Fransa, Niderland və digər dövlətlərin parlamentləri xüsusilə canfəşanlıq edirlər. 

Onilliklər ərzində azərbaycanlıların Ermənistan ərazisindən və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, onların qayıdışına imkan verilməməsinə, mədəni irsinin sistematik şəkildə dağıdılmasına dəstək verən həmin ikiüzlü qüvvələr bütün bu əməllərin qurbanı olmuş Azərbaycana qarşı olmazın ittihamlar irəli sürürlər. 

Avropa Parlamentinin 2024-cü il oktyabrın 24-də qəbul etdiyi növbəti bədnam qətnamə bu qəbildəndir. Avropa Parlamenti bu qətnamə ilə məlum dairələrin Azərbaycana qarşı COP29 ərəfəsində intensivləşən qarayaxma kampaniyasına öz “töhfəsini” vermiş olur. 

Xatırladaq ki, 1988-ci ildə keçmiş “DQMV”-nin Ermənistan SSR-ə verilməsinə dair çağırış etmiş Avropa Parlamenti ötən müddət ərzində Azərbaycan xalqına qarşı düşmənçiliyini institusional səviyyəyə gətirmiş və Azərbaycan əleyhinə nifrət və böhtanla dolu, beynəlxalq hüquqa zidd onlarla sənəd qəbul etmişdir. 

Azərbaycan və Ermənistan liderlərinin Kazanda görüşdüyü gündə Avropa Parlamenti tərəfindən belə bir sənədin qəbul edilməsi gülüncdür.

Müzakirələrdə sanki bir-biri ilə yarışa çıxan, xüsusən Fransadan olan səlibçi mentalitetli deputatların fikirləri ikrah doğurur. 
 

Biz, Qərbi Azərbaycan İcması olaraq, Avropa Parlamentinin və qeyrilərinin Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik aparan, bölgədə yenidən münaqişəni yaratmağa xidmət edən cəhdlərini və bu mənfur əməllərinə “insan hüquqlarının müdafiəsi” donu geyindirmək cəhdlərini sərt şəkildə qınayırıq.


Sözügedən ünsürlərin anti-Azərbaycan siyasətini, insan hüquqlarından öz siyasi gündəliklərini irəlilətmək cəhdlərini bundan sonra da ifşa etməkdə davam edəcəyik ”, - deyə İcmanın bəyanatında vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO