Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach / BRICS+” formatının ilk plenar iclasında iştirak edir.
Bizim.Media xəbər verir ki, iclasdan əvvəl İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qeyri-rəsmi formatda görüş keçirib.
Qeyd edək ki, İlham Əliyev Kazan şəhərinə oktyabrın 23-də səfər edib. Dövlət başçısı dünən bir sıra dövlət başçıları ilə görüşlər keçirib.


Bizim.Media