İki od arasında – Yeni strateji həmləmiz nə olacaq?

19 may tarixində ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edən xəbərdarlıq yayımlayıb. Dövlət Departamentinin saytında yerləşdirilən xəbərdarlıqda buna əsas səbəb kimi koronavirus, sərhəddəki gərginlik və terror təhlükəsi göstərilib.

Dövlət Departamenti terror təhlükəsi ilə bağlı xüsusi olaraq bildirib ki, Azərbaycan uzun müddətdir, terror riski ilə üzləşir. Dolayısı ilə ABŞ vətəndaşlarına Azərbaycan-İran sərhədinə, o cümlədən Qarabağ regionuna və ətraf ərazilərə səyahət etməmək tövsiyyə edilir.

Azərbaycan ictimaiyyətində isə ABŞ Dövlət Departamentinin Vətən müharibəsindən bir neçə gün əvvəl də oxşar məzmunda xəbərdarlıq yayımlaması ağıllara bölgədə yeni müharibə təhlükəsini gətirir. 

ABŞ-ın bölgədəki marağı nədir?

ABŞ-ın 44 günlük müharibə ərzində passiv fəaliyyətlə yadda qalmasına baxmayaraq müharibədən sonra bu yanaşmasını köklü sürətdə dəyişdiyi müşahidə olunur. Bayden administrasiyası özündən əvvəlki strateji xəttdən fərqli olaraq bölgədə münaqişənin həll olunması prosesinə daxil olmağa can atır. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağdakı vəziyyət ABŞ və Rusiyanın marağında - Reykjavikdə nədən danışdılar?


Uzun müddətdir ki, ABŞ və Fransa başda olmaqla bir sıra Avropa ölkələri məhz Minsk Qrupunun aktivləşdirilməsinə, problemlərin Minsk Qrupu çərçivəsində müzakirə edilərək həll olunmasına çalışır. Bu isə başa düşüləndir, çünki münaqişənin diplomatik yolla yox, məhz hərbi güclə həll olunması nəticəsində bütün proses Rusiya, Azərbaycan və Ermənistan arasında həll edilib. Qərb ölkələri, o cümlədən ABŞ tamamilə kənarda buraxılıb.

Cənubi Qafqazı Rusiyaya itirmək istəməyən ABŞ mütləq şəkildə hansı yolla olursa olsun müzakirə masasında yer tutmağa çalışır və Ermənistana dəstək nümayiş etdirir. Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinin açılmasına qarşı istəksizliyi də məhz Qərbin bu dəstəyindən qaynaqlanır. Çünki Azərbaycan və Ermənistan arasındakı strateji anlaşmazlıq Rusiyanın nüfuzunu zəiflədəcəyi kimi ABŞ üçün də problemlərin həlli prosesinə daxil olmaq imkanları yaradacaqdı.

Azərbaycanın həmləsi planlarını necə pozdu?

Ötən yazıda da qeyd etdiyimiz kimi, “Qaragöl əməliyyatı” dövlət sərhədlərinin müəyyənləşdirilməsindən daha böyük məqsədlərə xidmət edirdi. Azərbaycan bu yolla Ermənistana Zəngəzurla bağlı sərt mesaj verir, eyni zamanda da Minsk Qrupunu aktivləşdirməyə çalışan ABŞ və Fransanın həmləsinin qarşısını alırdı. Adı çəkilən hər iki ölkənin Qaragöl məsələsindəki reaksiyasının səbəbi də məhz bu idi.

Rusiya üçünsə “Qaragöl” əməliyyatı olduqca uğurlu həmlə idi. Çünki ABŞ və Fransanın yenidən bölgəyə müdaxilə imkanlarının qarşısı alınır, Ermənistan isə Rusiyanın nəzarət etdiyi 10 noyabr şərtlərinə əməl etməyə məcbur edilirdi. 

Qərbin növbəti strateji gedişi

“Qaragöl” hadisələrindən bir neçə gün sonra Azərbaycan sərhədlərində diqqət çəkən başqa bir hadisə baş verdi. İran-Azərbaycan sərhəddində iki zabitimizin şəhid olması ilə nəticələnən silahlı insident.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın “QARAGÖL OYUNU” - Təzminat məsələsini unutdurmağa hesablanıb


Azərbaycanın sərhəd münaqişələri ilə müqayisədə İran sərhəddindəki silahlı insident daha fərqli və təhlükəli təəssüratlar oyadır. Hər nə qədər son söz hüquq mühafizə orqanlarının apardığı istintaq tədbirlərinin nəticəsində aydın olacaqsa da, baş verən hücumun məqsədli təşkil olunması ilə bağlı ciddi şübhələr mövcuddur. Öldürülən silahlılardan birinin 45 mərmilik daraqlardan istifadə etməsi, 2 zabiti şəhid edəcək qədər hərbi hazırlığa malik olmaları isə şübhələri daha da artırır.

ABŞ-ın verdiyi mesaj nədir?

Baş verən silahlı insidenti ABŞ Dövlət Departamentinin xəbərdarlığı ilə birgə nəzərdən keçirdikdə isə qarşımızda yeni situasiya yaranmış olur. ABŞ Dövlət Departamentinin bu cür xəbərdarlıq yayımlaması ilk öncə zəruri kəşfiyyat məlumatlarının təmin edildiyini, yəni ortada konkret faktların olduğunu göstərir.
 

Şimali İraq və Suriyada silahlı terror birləşmələrinin mövcud olduğu, bu qrupların Ermənistanla yaxın əlaqələrə malik olması, hətta bunların uzun illər boyu İran ərazisindən keçməklə Azərbaycan sərhəddinə maneəsiz gələ bildikləri də məlumdur. ABŞ kəşfiyyatının Şimali İraq və Suriyadakı fəaliyyət aktivliyi, o cümlədən silahlı qruplar içərisində məlumat almaq bacarığı da danılmaz faktdır.


Deməli ABŞ kəşfiyyatı bu cür fəaliyyələr barəsində əvvəlcədən məlumat əldə edib və xəbərdarlıq da məhz bu cür məlumatlar əsasında verilib. Bütün bunları fonunda xəbərdarlıqda xüsusilə İran sərhəddinin qeyd olunması baş vermiş insident kimi yeni toqquşmaların da planlaşdırıldığını deməyə əsas verir. Bəs, Dövlət Departamentinin yayımladığı xəbərdarlıq sadəcə ABŞ vətəndaşlarını qorumaq üçündürmü?

İki od arasında

ABŞ rəhbərliyi bir müddətdir ki, Azərbaycanla münasibətləri inkişaf edən istiqamətdə həyata keçirməyə çalışır. 907-ci düzəlişin dondurulmasından, hər iki ölkə rəsmiləri arasındakı intensiv telefon əlaqələrinə qədər münasibətlərin yüksək səviyyəsi nəzərə çarpır.
 

ABŞ Azərbaycanı itirmək istəmir və yaxşı başa düşür ki, Azərbaycanın razılığı olmasa müzakirə masasına qayıtması çox çətindir. ABŞ Azərbaycana qarşı Yaxın Şərqdə hazırlanan planlardan xəbərdar olduğunu göstərir. Bu planların qarşısının alınmasında və səngiməsində də ABŞ-ın aktiv rol oyanaya biləcəyi bəllidir.


ABŞ və Qərb ölkələri dolayı yolla Azərbaycana mesaj verir ki, sizə qarşı təxribatlar hazırlanır və biz bunu bilirik. Bu cür təxribatlara əvvəlcədən mane ola bilər və onların qarşısını ala bilərik. Amma bunun üçün bizimlə daha yaxın əməkdaşlığa ehtiyac var. Əsas şərt isə Azərbaycanın problemlərin hərbi yolla deyil, məhz danışıqlar masasında həll etməyə razı olmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

End of content

No more pages to load

RADİO