Belçikada silsilə tədbirlər: Qərbi Azərbaycanlıların haqq səsi dünyaya çatdırılır

23-27 oktyabr 2024-cü il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda silsilə tədbirlər keçiriləcək.

Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilir. 

Layihə çərçivəsində tərəfdaş təşkilat Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir. 

Avropanın siyasi mərkəzində həyata keçirilən layihənin məqsədi Qərbi Azərbaycandan didərgin salınmış və deportasiya edilmiş soydaşlarımızın beynəlxalq hüquqa və konvensiyalara uyğun olaraq öz doğma yurdlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmin edilməsi və bu prosesdə Ermənistanın öz öhdəliklərini yerinə yetirməsinin vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Layihəyə əsasən Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı təmin edilənədək bu yolda səylər davam etdiriləcək. 
 

Səfər proqramına uyğun olaraq oktyabrın 24-də gün ərzində Brüssel şəhərində fəaliyyət göstərən bələdiyyələrlə, millət vəkilləri ilə, 25 oktyabr tarixində saat 10.00-dan 15.00-dək ayrı-ayrı təşkilatlarla görüşlər keçiriləcək.


Həmin gün saat 16.00-dan 18.00-dək Brüssel şəhərində Haachtse Steenweg 173, 1030 Schaarbeek ünvanında yerləşən Türk Dərnəkləri Birliyi Mərkəzində beynəlxalq konfrans keçiriləcək.

Konfransda Azərbaycandan gələn nümayəndə heyəti - layihə rəhbəri, ATXƏM İB-nin sədri, Qərbi Azərbaycan əsilli İlham İsmayılov, layihənin ekspertləri "Cəmiyyətin İnkişafi Mərkəzi" İB-nin sədri, Qərbi Azərbaycan əsilli Əhməd Abbasbəyli, Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənov, LAF TV-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılova və ictimai fəal "İnkişafa və İslahatlara Dəstək" İB-nin sədri, Qərbi Azərbaycan əsilli Ramil Əliyev, həmçinin Belçikada fəaliyyət göstərən Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz, Azərbaycan-Belçika-Dostluq Cəmiyyətinin sədri, Qərbi Azərbaycan əsilli Ayhan Dəmirçi, Belçika-Gent Türk Ocaqları Mərkəzinin rəhbəri Rəcəp Tuncer Sarı, Belinuks Azərbaycanlıları Konqresinin prezidenti, Qərbi Azərbaycan əsilli Elsevər Məmmədov, Niderland AzərbaycanTürk Mədəniyyət Dərnəyinin sədri, Qərbi Azərbaycan əsilli İlhan Aşkın, həmçinin Azərbaycanın Belçikadakı diplomatik korpusunun, diaspora təşkilatlarının təmsilçiləri, yerli mətbuat nümayəndələri, Belçika, Niderland, Azərbaycan, türk icmalarının üzvləri iştirak edəcəklər. 

Konfransda "İrəvan- gizlədilmiş həqiqətlər" sənədlı filmi nümayiş etdiriləcək. Konfransdan sonra tədbir iştirakçılarının şərəfinə qala şam yeməyi təşkil ediləcək.

Oktyabrın 26-da saat 14.00-dan 16.00-dək TÜRKSAT TV-də yayımlanan Avropa Kanalının Almaniyanın Limburg şəhərində yerləşən ofisində layihə rəhbərinin və ekspertlərin iştirakı ilə mövzu ilə bağlı təşkil olunmuş verilişdə geniş məlumatlar veriləcək və ətraflı müzakirələr aparılacaq. Həmin gün saat 19.00-dan 21.00-də isə Belçikanın Heusden şəhərində Türk Dünyası Dayanışma Platformunda görüş keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO