“Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutdu – FOTO/VİDEO

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutub.

Bizim.Media Yenicag.az-a istinadən xəbər verir ki, İqlim Forumu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində keçirilib.








Forumdan öncə iştirakçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə universitetdə yaradılmış Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi ilə tanış olublar.




Daha sonra forum açıq elan olunub. Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirildikdən sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.





Ev sahibi universitetin beynəlxalq əməkdaşlıq üzrə prorektoru professor Nozlia Nurmuradova qonaqları salamlayaraq keçirilən beynəlxalq forumun Azərbaycan-Özbəkistan qardaşlığını daha da möhkəmlənidirilməsinətöhfə verəcəyini bildirib. O, belə bir mötəbər tədbirə ev sahibliyi etdikləri üçün şad olduqlarını bildirib.


Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev bildirib ki, Türküstanda yaşanan iqlim problemlərinə paralel olaraq belə bir forumun məhz Özbəkistanda keçirilməsi daha böyük önəm daşıyır.

Layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər çıxışında Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərindəişğalçı dövlət tərəfindən ekoloji terror həyata keçirildiyinidiqqətə çatdırıb.


Layihəni gerçəkləşdirmə məqsədlərindən danışan Aqil Ələsgər 2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb.

O bildirib ki, “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu”nun keçirilməsində əsas məqsədlərdən biri də COP29-a hazırlıqdır.

Açılış çıxışlarından sonra protokol çıxışlarına yer verilib. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Özbəkistan Respublikası Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov və Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhfuzə Artıkova çıxış edərək Azərbaycan və Özbəkistanın iqlim siyasətindən bəhs ediblər.


Çıxışçılar hər iki dövlət tərəfindən qeyd olunan sahədə görülən tədbirlərin digər ölkələrə nümunə olduğunu bildiriblər. Azərbaycanda keçiriləcək COP-29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə ənliklərinivurğulayıblar.

Daha sonra COP29 ilə bağlı qısa videoçarx nümayiş olunub.

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi kafedrasının müdiri professor Nurbay Cabbarovun moderatorluğu ilə keçirilən “Özbəkistan-Azərbaycan: İqlim üçün birləşək” panelində Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Ekoloji Diplomatiya Departamentinin sədri Elyar Narpolatov, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Famil Məmmədov forumdan irəli gələn mövzuları müzakirəediblər.




Qeyd edək ki, tədbirin aparıcısı Gənclərin İnkişaf və Karyera Mərkəzinin məsul şəxsi Nahib Bədəlov idi.

Sonda iştirakçılara plaketlər təqdim olunub və xatirə şəkli çəkdirilib.










Qeyd edək ki, forum öz işini “Yaşıl dünya naminə” sərgi ilə davam etdirəcək. 17 oktyabrda açılan sərgi iki gün davam edəcək. Bundan başqa Forumun nümayəndə heyəti Özbəkistanda vətəndaş cəmiyyəti və dövlət rəsmiləri ilə görüşləri davam etdirir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını AÇIQLADI

AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını AÇIQLADI

Restoranlarda QR-kodlar təhlükəlidir?

Restoranlarda QR-kodlar təhlükəlidir?

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Avropanın rəmzi komandasında kimlər var?

Avropanın rəmzi komandasında kimlər var?

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

End of content

No more pages to load

RADİO