Ermənilərə KTMT-dən verilən CAVAB - Yeni bir sərhəd çəkə bilməzlər

Ermənistan-Azərbaycan sərhədindəki problemin hərbi yolla həlli istisna olunmur. Belə ki, Ermənistan Müdafiə Nazirliyi sərhəddəki problemlər sülh yolu ilə həll olunmayacağı təqdirdə güc variantına əl atacaqlarını açıqlayıblar.

Bununla yanaşı bildirirlər ki, Azərbaycanın hərbçiləri heç bir şərt irəli sürmədən əvvəlki mövqelərinə qayıtmalıdırlar, yoxsa Ermənistanın silahlı qüvvələri problemi başqa cür, hərbi əməliyyatlarla çözə bilər. 

Bizim.Media olaraq mövzu ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi mütəxəssis Şair Ramaldanovla əlaqə saxladıq.

Ekspert açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin bəyanatını sadəcə bir bəyanat adlandırdı. Çünki bu açıqlama heç nə ilə əsaslanmayıb:

“Birincisi, əvvəlki yerlər nə deməkdir? Azərbaycan, Rusiya və Ermənistan tərəfindən qol çəkilmiş bəyanatda dövlət sərhədinin bərpası ilə bağlı bənd var. Azərbaycan isə sadəcə həmin o bəyanatın bəndini yerinə yetirir. Azərbaycanla Ermənistanın dövlət sərhədi 1976-cı ildə qəbul edilmiş xəritələr əsasında aparılır. Bu xəritələr həm Ermənistan, həm Rusiya, həm də Azərbaycanda var. Bu xəritələrin əsasında sərhəd bərpa edilir. Ona görə də, ermənilər bizə yeni bir sərhəd çəkə bilməzlər ki, biz harasa çəkilək. 
 

Hal hazırda bu proses gedir. Ola bilsin ki, hansısa siyasi dividend qazanmaq üçün bu kimi yersiz bəyanatlar verilir. Çünki indiyə kimi İrəvandan belə çıxışların şahidi olmuşuq və bundan sonra da olacaq. Azərbaycan isə öz ərazilərində Ermənistanla sərhədi bərpa edir.


Proses davam edir və ermənilər də bunu anlayaraq bir çox hallarda qəbul eləyirlər. Çünki sərhəddə baş verən bütün proseslər danışıq yolu ilə həll olunur. Rusiyanın da nümayəndələri olmaqla hər iki tərəf (Azərbaycan-Ermənistan) arasında sərhəd xətti dəqiqləşdirilir. Azərbaycan sərhədçiləri sərhəd xətti boyunca Azərbaycana aid atributları yerləşdirirlər, postları qururlar və s. 

Amma sərhəd məsələsi bir günün işi deyil. Məsələn, Rusiya ilə sərhəd dəqiqləşdirilməsi hardasa 15-20 il apardı və hətta komisiya da yaradılmışdı. O cümlədən, indiyə kimi Gürcüstanla da bəzi məsələlər danışıqlar yolu ilə həll olunur. Ermənistanla da həmçinin...

Ermənistan tərəfinin güc tətbiq etməsinə gəlincə, əvvəla güc tətbiq etsəydilər, artıq edərdilər. KTMT-yə də müraciət edib və oradan da cavablarını alıblar.

Rusiya XİN rəhbəri də bu məsələyə münasibət bildirib ki, sərhədlər dəqiqləşdirilməli və bərpa olunmalıdır. İrəvanın güc tətbiq etməsi üçün Ermənistan ordusunun hazırda elə bir imkanı yoxdur. Digər tətəfdən buna ehtiyac da yoxdur. Çünki Azərbaycan tərəfi güc tətbiq etmir və məsələlərin həllinə silah gücünə nail olmur. Azərbaycan sərhədçiləri sivil formada, beynəlxalq normalar çərçivəsində rəsmi sənədlər əsasında məsələni orta qoyur və dövlətin sərhədlərini bərpa edir. 
 

Ermənilər güc tətbiqi fikrinə düşsələr, bunun cavabını Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev verib. Ermənistan tərəfindən hər hansı bir təxribat baş verərsə, bizim dəmir yumruğumuz daim işlək vəziyyətdədir. Və biz onu dərhal işə salacağıq. Ermənistan bütün beynəlxalq aləmə sərhədlə bağlı fikirlərini artıq yayıb. Ancaq cənab Prezident KTMT-nin sədri olan Qazaxıstan rəhbərliyi ilə də bu yaxınlarda məsələ ilə əlaqədar fikirlərini bildirib.


Amerikanın da təhlükəsizlik məsələləri ilə məşğul olan katibi ilə də mövzu müzakirə olunub. Yəni Azərbaycan tərəfinin mövqeyi anlayışla qəbul olunur.

Düşünürəm ki, Ermənistanın Müdafiə Nazirliyi istəsə də, istəməsə də Azərbaycan öz torpaqlarının hamısını qaytaracaq. Dövlət sərhədini sovet vaxtında olduğu variantla bərpa edəcək və bunda kimsənin şübhəsi olmalı deyil. Bu, Azərbaycanın haqq işidir”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

End of content

No more pages to load

RADİO