Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək COP29 tədbirində iştirakı ilə bağlı hələ qərar qəbul edilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə açıqlamasında danışıb.
Sözçü Rusiyanın mütləq şəkildə tədbirdə təmsil olunacağını vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev də bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, Putin və ya baş nazir Mixail Mişustin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
Bizim.Media