İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
İran prezidenti İslam ölkələri arasında münasibətlərin gələcək inkişafına töhfə verəcək bütün layihələri alqışladıqlarını vurğulayıb.
O, həmçinin iki ölkə arasında razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Bildirilib ki, Şahin Mustafayev öz növbəsində Azərbaycanın İranla əlaqələrini genişləndirməyə hazır olduğunu qeyd edib.
Qəbul zamanı bir sıra digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.



Bizim.Media