Qətərin yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edərək ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq aparıldığını, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda Azərbaycan ilə Qətərin bir-birini daim dəstəkləməsini vurğulayıb və qeyd edib ki, bu qarşılıqlı dəstək özünü ikitərəfli gündəliyin işində də aydın göstərir.

Növbəti illərdə artıq iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələlərinə diqqətin artırılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev investisiya qoyuluşu sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq nəqliyyat yollarının yaradılması sahəsində də fəal iş apardıqlarını məmnunluqla vurğulayaraq, eyni zamanda, beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsi işində Azərbaycanın və Qətərin səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd edib.

Vətəndaşlarımızın ölkələrimizə qarşılıqlı səfərlərinə toxunan dövlət başçısı vurğulayıb ki, azərbaycanlılar Qətərdə, qətərlilər isə Azərbaycanda özlərini evlərindəki kimi hiss edirlər.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Qətərin Əmirinə çatdırmağı xahiş edib.

Səfir vurğulayıb ki, Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı dediyi dəyərli fikirlər istiqamətində əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək. O, iqtisadi-ticari əlaqələrin önəminə toxunaraq, investisiya sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib.

Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, Qətərin bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib.

Dövlət başçısı COP29-la bağlı hazırlıq işlərinin yekun mərhələdə olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı sərmayələr, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, ölkələrimiz arasında hava nəqliyyatının mövcudluğundan və sərnişinlərin mütəmadi artım dinamikasının müşahidə olunmasından məmnunluq ifadə edilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını AÇIQLADI

AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını AÇIQLADI

Restoranlarda QR-kodlar təhlükəlidir?

Restoranlarda QR-kodlar təhlükəlidir?

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Avropanın rəmzi komandasında kimlər var?

Avropanın rəmzi komandasında kimlər var?

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

End of content

No more pages to load

RADİO