Rəsmi Bakıdan Paşinyana CAVAB: “Hərbi əsirlərin qaytarılmadığını iddia etməsi gülüncdür”

Ermənistan baş nazirinin 12 oktyabr tarixində “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı 10 noyabr 2020 tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunması cəhdidir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, üçtərəfli bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirinin açıqlaması Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərə dair etinasızlığı növbəti dəfə nümayiş etdirir: 

"Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı açıq-aydın təsvir olunub.

Ümumiyyətlə, Ermənistanın 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn digər öhdəlikləri pozan fəaliyyətlərinə nəzər salsaq, ilk növbədə, Ermənistanın 2023-cü ilin sentyabr ayınadək öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaması, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürməsi, Azərbaycana qarşı mina terrorunu davam etdirməsi xatırlanmalıdır.
 

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan tərəfinin Azərbaycan ərazilərində saxladığı qondarma rejimin təbliğatını aparması və Ermənistan Baş nazirinin 2 sentyabr 2023-cü il tarixində qondarma “müstəqillik” ilə bağlı separatçı xunta rejiminə təbriklərini çatdırdığını heç kəs unutmayıb".


Bildirilib ki, Ermənistan baş nazirinin Laçın dəhlizinin fəaliyyəti, qaçqın və məcburi köçkünlərin qayıdışına dair ritorik sualları yalnız təəccüb və istehza doğurur: 

"Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi həmçinin gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil.

Sonda bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrifə edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırırıq.

Biizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO