"Sammit dövlət nümayəndəsi olaraq şəxsən mənim üçün böyük əhəmiyyət kəsb edir".
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, bugünkü tədbir gələcək innovasiyalarla bağlı danışmağa rəvac verir:
"Biz gələcəyimizi çox düşünməliyik. Yerli uğursuzluqlara qarşı səbr göstərilməlidir. Bu, innovasiyanın inkişafı üçün çox önəmlidir. Çünki bir sıra innovativ həllər planlaşdırıldığı kimi özünü doğrultmur. Bu da bizi daha da qətiyyətlə irəli getməyə sövq edir".
Bizim.Media