İlham Əliyev ABŞ Prezidentinin baş müşavirini QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.

Bizim.Media xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib.

Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb. Con Podesta deyib ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirib.

Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib. COP29-un əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini deyib. Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb. Bakıda keçirilən COP-öncəsi tədbirin vacibliyi qeyd olundu və bu çərçivədə aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən olunması üçün önəmi bildirilib.

Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

Ən çətin xarakterə malik 3 BÜRC

Ən çətin xarakterə malik 3 BÜRC

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Bu günün geomaqnit PROQNOZU

Bu günün geomaqnit PROQNOZU

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Yeni başçı müavinini işdən çıxardı

Yeni başçı müavinini işdən çıxardı

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

"Windows 11"də YENİ FUNKSİYA

"Windows 11"də YENİ FUNKSİYA

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

Günəşdə güclü alışma olub

Günəşdə güclü alışma olub

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb

Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını AÇIQLADI

AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını AÇIQLADI

Restoranlarda QR-kodlar təhlükəlidir?

Restoranlarda QR-kodlar təhlükəlidir?

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

End of content

No more pages to load

RADİO