ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycana səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Bakıdakı Səfirliyi öz Facebook hesabında paylaşıb.
“Biz COP29-un konfransqabağı görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək üçün ölkəyə gələn Prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı səmimiyyətlə salamlayırıq”, - deyə paylaşımda qeyd olunub.


Bizim.Media