Kərimlinin dəyişməz XİSLƏTİ – Müxalifətçilik dövlətə düşmən KƏSİLMƏKDİR?

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) konfransı yaxınlaşdıqca, bəzi xarici və daxili qüvvələrin ölkəmizi gözdən salmaq yönündə fəaliyyətləri daha qabarıq nəzərə çarpmağa başlayır.

Təəssüflər olsun ki, bu, dünən də belə idi, bu gün də belədir. 

Uzağa getmək lazım deyil, elə 4 il əvvəl erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda başladığımız haqq savaşını xatırlayın. Türkiyə, Pakistan və MDB məkanındakı bəzi dost ölkələri çıxmaq şərtilə, Fransa başda olmaqla əksər Qərb ölkələri Azərbaycanın əleyhinə idilər. Ermənistana siyasi dəstək verən kim, silah verən kim... 
 

MÖVZU İLƏ BAĞLI:

AXCP-nin keçmiş üzvü Əli Kərimlini məhkəməyə VERDİ


Azərbaycana gələn xarici jurnalistlərin əksəriyyəti isə Prezident İlham Əliyevə elə suallar verirdilər ki, sanki ermənilər bizim torpağımızı deyil, biz onların torpağını işğal etmişdik. Bütün təbliğat o istiqamətdə aparılırdı ki, guya Azərbaycan “Qarabağda dinc insanları qırır, Ermənistanın ərazilərini ələ keçirmək, onları soyqırımına uğratmaq istəyir” və s.

O zaman xarici qüvvələrin bu istiqamətdə fəaliyyəti ilə daxildəki bəzi partiyaların fəaliyyəti sinxronluq təşkil edirdi. Bu partiyalar Azərbaycanın qəhrəman ordusunun, torpaq uğrunda canından keçən şəhidlərimizin mübarizəsinə kölgə salırdılar, Ali Baş Komadanı isə xarici qüvvələrin, xüsusən də, Rusiyanın diqtəsi ilə hərəkət etməkdə günahlandırırdılar. Guya 44 günlük müharibə ona görə başlayıb ki, “Rusiya Ermənistanı cəzalandırmaq istəyir”. Hansı ki, həmin günlərdə Azərbaycana ən çox təzyiq edən, ermənilərə silah və siyasi dəstək verən ölkələrdən biri də elə Rusiya idi. Rusiyanın icazəsi olmadan Ermənistan "İskəndər" raketlərindən istifadə edə bilərdimi

Əlbəttə, yox. 

AXCP sədri Əli Kərimli başda olmaqla bu cür çirkin kampaniya aparan, Ali Baş Komandan İlham Əliyevin, rəşadətli ordumuzun fəaliyyətinə kölgə salanların sonrakı "arqument"ləri yadınızdadırmı? Deyirdilər ki, “müharibəni İlham Əliyev başlamışdısa, onda Xankəndini də götürərdi”. Yaxud başqa bir "arqument" irəli sürürdülər: guya İlham Əliyev Rusiya sülhməramlılarını Qarabağa dəvət etməklə Azərbaycanın müstəqilliyinə zərbə vurub, yenə Rusiyanın boyunduruğuna keçmişik. Amma axırı nə oldu? Bu gün Qarabağda rus sülhməramlıları, Xankəndində ermənilər varmı? Əlbəttə, yoxdur

Status məsələsi kimi, onlar da tarixə qovuşdular.

Amma təəssüf ki, nə xaricdəki anti-Azərbaycan qüvvələr, nə də daxildəki milli satqınlar bundan nəticə çıxarmır və yeni-yeni yalan, böhtan və təzyiq kampaniyasına başlayırlar.

Məsələn, elə Əli Kərimliyə yaxın şəxslərin və medianın son günlər apardığı təbliğata diqqət yetirin. Onun silahdaşı Qənimət Zahid Kərimlinin məqaləsini cəmiyyətə bu cür təqdim edib: "Əli Kərimli dünyanın media nəhəngi “The Economist”ə yazısında Əliyev rejimini yerdən-yerə vurdu!" 

Bu yerdə adamın yadına lap o məşhur komediyadakı sözlər düşür: 

"Ayə, qoymayın üstümə İrasim gəler!"

Doğrudanmı, bu adamlar bu cür addımlarla həqiqətən də Azərbaycana, dövlət başçısı İlham Əliyevə problem yaratdıqlarını düşünürlər? Anlamırlar ki, bu cür addımların Azərbaycanda ictimai rəyə təsiri sıfırdır və bu, "stəkanda fırtına yaratmaq" cəhdindən başqa bir şey deyil?!

Hələ biz onu demirik ki, Böyük Britaniyanın “The Economist” nəşrində dərc olunan həmin “məqaləsi”nin əsl müəllifinin Əli Kərimlinin özü olmadığı ortaya çıxdı. Aydın oldu ki, yazının orijinal dili məhz ingiliscədir, müəllifi isə ermənipərəsət Arkadi Ostrovskidir.

Bax, elə bu fakt özü də bir daha sübut etmirmi ki, özünü “əsl müxalifətçi”, “demokratiya carçısı” adlandıran Əli Kərimli əslində hər fürsətdə  erməni dəyirmanına su tökən, erməni lobbisinin və Qərb siyasətçilərinin əlində marionetə çevrilən bir fiqurdur?! ABŞ-ın 60-a yaxın konqresmen və senatorunun son çağrışı ilə Əli Kərimlinin son bəyanatlarının sinxronluq təşkil etməsi də məgər bunu göstərmirmi?! 

Amerikalı konqresmen və senatorların istəyi nədir? 

Azərbaycanda həbsdə olan erməni separatçılarının liderləri - Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, David Babayan, David İşxanyan, “general”lar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyan azadlığa buraxılsınlar. Guya onların həbsi siyasi məsələdir. Məgər bu adamlar illərlə Azərbaycan torpaqlarını işğal altında saxlamayıbmı?! Məgər Xocalıda və digər ərazilərimizdə soyqırımlarını onlar təşkil etməyiblərmi?!

Qərbi başa düşdük, onlar xristian həmrəyliyi, erməni lobbisinin təsiri ilə bu qaniçənlərin azadlığa buraxılmasını istəyirlər. Bəs, Əli Kərimlinin neçə gündür ağzı köpüklənə-köpüklənə sosial şəbəkələrdə və internet televiziyalarında amerikalı konqresmen və senatorların çağrışını təqdir və mədh etməsini necə başa düşək? 

Buna satqınlıqdan başqa nə ad vermək olar?  

Bütün bunlar bir daha onu təsdiq edir ki, bu adam doğrudan da Azərbaycanın qələbələrini həzm edə bilmir. Azərbaycanın uğurları onun yuxusunu ərşə çəkir.  Hə, bir də ona əmin olursan ki, Kərimli xisləti dəyişməzdir. Necə deyərlər, qozbeli qəbir düzəldər!

Nilay Nur, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Google istifadəçilərinə ŞAD XƏBƏR

Google istifadəçilərinə ŞAD XƏBƏR

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Bu instituta direktor təyin edildi

Bu instituta direktor təyin edildi

Gündə neçə naringi yeyə bilərsiniz?

Gündə neçə naringi yeyə bilərsiniz?

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bu yollarda EHTİYATLI olun – VİDEO

Bu yollarda EHTİYATLI olun – VİDEO

27 dekabr üçün astroloji PROQNOZ

27 dekabr üçün astroloji PROQNOZ

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

Ən çətin xarakterə malik 3 BÜRC

Ən çətin xarakterə malik 3 BÜRC

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Bu günün geomaqnit PROQNOZU

Bu günün geomaqnit PROQNOZU

End of content

No more pages to load

RADİO