Uzun illər erməni işğalında qalan və Vətən müharibəsində azad edilən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə deyib.
Xatırladaq ki, cari il üçün Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı seçilib.
Bizim.Media